SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Ziya Məmmədovun kadrı 9 nəfərlik ailəmin çörəyinə bais oldu" - UCARDAN ŞİKAYƏT

"Ziya Məmmədovun kadrı 9 nəfərlik ailəmin çörəyinə bais oldu" - UCARDAN ŞİKAYƏT

Tarix:

7-05-2018, 08:51

/ 2 060 dəfə oxundu.
"Ziya Məmmədovun kadrı 9 nəfərlik ailəmin çörəyinə bais oldu" - UCARDAN ŞİKAYƏT

Ucar rayonu Mirzağa Əliyev küçəsi ev 11 sakini Məmmədova Məlahət Eyyub qızı şikayətçidir. Narazı vətəndaşın Xalqxeer.Az-a daxil olan müraciətində deyilir:

"Sabiq Nəqliyyat Naziri Ziya Məmmədovun kadrı və yaxın adamı olan Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsinin rəisi Abbas Hüseynov beşi azyaşlı olmaqla 9 nəfərlik ailəmin çörəyinə bais oldu.

Mən Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsində elektirik mexaniki vəzifəsində 25 il işləmişəm.Heç bir əsas olmadan Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsinin rəisi Abbas Hüseynov həmin ştatın ləğv edilməsi üçün təqdimat yazaraq baş idarəyə göndərdiyindən işsiz qaldım.Bunun isə özəl səbəbləri var.Çünki rəis Abbas Hüseynovun qanunsuz əməllərinə göz yuma bilmədiyim üçün onun barəsində şikayət etdiyimə görə məndən bu yolla qisas aldı.Hal-hazırda Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsində adı işdə gedən özləri isə heç vaxt işə gəlməyib maaş kartları isə rəis Abbas Hüseynovun cibindədir.Rəis Abbas Hüseynov bu adamların kartları vasitəsi bankomatdan maaşları özü götürür ki. bunu subut etmək üçün həmin kartlardan kimin pul çıxarmasını bankomatdan foto robotun çəkdiyi şəkilləri araşdırmaq kifayət edər.Ancaq yoxlama gələndən-gələ həmin adları işdə gedib özləri başqa yerlərdə olan maaş kartları Abbas Hüseynovun cibində olan şəxslər iş yerində peyda olurlar. Həmin "işçilərin" konkret siyahısı məndə var əgər yoxlama aparılarsa təqdim edə bilərəm.
Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsinin rəisi Abbas Hüseynovun korrupsiya əməlləri bununla bitmir. Mənim qızım Məmmədova Rəna Əlimövsüm qızı Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsində telefonçu vəzifəsində işləyirdi.Rəis Abbas Hüseynov qızımın xəbəri olmadan onun adından ərizə yazdırıb onun əvəzinə imza etdirib işdən çıxarmışdır.Guya qızım Rəna rəis Abbas Hüseynova ərizə yazıb işdən çıxarılmasını xahiş edib. Həmin ərizə obyektiv araşdırılarsa bu tam subut olunacaq ki, həmin ərizədəki xətt və imza qızım Rənaya aid deyil.Bu cinayət əməlidir ki, rəis Abbas Hüseynov törədib.04 mart 2018-ci il tarixdə imtahan keçirilməsi adı ilə rəis AbbaHüseynov hər bir işçidən 50 manat pul yığdı ki, gələn komissiyaya verəcəm.Mən buna etiraz etdim və həmin pulu vermədim deyə ştatımı ləğv etdirdi. Rəis Abbas Hüseynov öz ağası olan sabiq Nəqliyyat Naziri Ziya Məmmədovun tapşırığı əsasında işləyib vətəndaşlar arasında narazılıqlar yaradır.Buna görədə Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsinin rəisi Abbas Hüseynovun korrupsiya əməlləri obyektiv araşdırılıb barəsində cidddi tədbirlər görülməlidir.Olsun ki, rəis Abbas Hüseynovun korrupsiya əməllərindən Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun xəbəri yoxdur.Buna görədə mən mətbuat vasitəsi ilə Mehriban Əliyevaya və Cavid Qurbanova müraciət edib xahiş edirəm Azərbaycan hakimiyyətinin hazırda düşməni olan hər vəchlə vətəndaşlar arasında narazılıqlar yaratmağa çalışan Ziya Məmmədovun tapşırığı ilə korrrupsiya əməlləri ilə məşğul olan Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsinin rəisi Abbas Hüseynovun barəsində ciddi tədbirlər görəsini və mənim işimə bərpa edilməyimə köməklik göstərəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq...
"Ziya Məmmədovun kadrı 9 nəfərlik ailəmin çörəyinə bais oldu" - UCARDAN ŞİKAYƏT
"Ziya Məmmədovun kadrı 9 nəfərlik ailəmin çörəyinə bais oldu" - UCARDAN ŞİKAYƏT
"Ziya Məmmədovun kadrı 9 nəfərlik ailəmin çörəyinə bais oldu" - UCARDAN ŞİKAYƏT
"Ziya Məmmədovun kadrı 9 nəfərlik ailəmin çörəyinə bais oldu" - UCARDAN ŞİKAYƏT
"Ziya Məmmədovun kadrı 9 nəfərlik ailəmin çörəyinə bais oldu" - UCARDAN ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ