SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabadda bir ailə aclıq həddində! - FOTOLAR

Cəlilabadda bir ailə aclıq həddində! - FOTOLAR

Tarix:

4-05-2018, 15:10

/ 1 587 dəfə oxundu.
Cəlilabadda bir ailə aclıq həddində! - FOTOLAR

Cəlilabad rayonu Səməd Vurğun küçəsi Qaz İdarəsinin binasında məskunlaşan əlil Nuriyev Faba Ovezovic prezident İlham Əliyevdən kömək istəyir.
Dia.az bildirir ki, PressClub.Az-a danışan Nuriyev deyib ki, özü və anası 2-ci qrup əlildirlər. Onların əlilliyə görə hər ay aldıqları 61 manat müavinət quru çörək almağa çatmır:
“Yaşadığımız ağır və dözülməz vəziyyətlə bağlı dəfələrlə Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Buna baxmayaraq müraciətimizə hər dəfə eyni cavab verilib – “gözləyin, icra başçısı sizi qəbul edəcək”. Amma hələ də başçı bizi qəbul edib, dərdimizi dinləməyib. Dözülməz durumumuzla bağlı, cənab prezident, sizə müraciət etsək də, yenə də bizə köməklik olmadı”.
Şikayətçi bildirir ki, ağır vəziyyətləri ilə bağlı I vitse-prezident Mehriban Əliyevaya da müraciət edib: “Amma yenə də heç bir reaksiya verilmədi. Cənab prezident, mən hazırda qaz idarəsinin binasında çox ağır vəziyyətdə qalmışam. Aclıqdan, səfalətdən burada gəbərirəm. Cənab prezident siz müşavirələrdə məmurlara xəbərdarlıq etsəniz də, yerli məmurlar sizin xəbərdarlıqlara məhəl qoymurlar. Axı bizim də şəxsiyyət vəsiqəmizdə milliyətimiz “azərbaycanlıdır” yazılıb.
Nə edək, necə edək ki, yaşaya bilək, onu anlamıram. AzTV, Xəzər TV hər gün bar-bar bağırır ki, Azərbaycanda yaşayış gözəldi. Amma biz ac-yalavac qalmışıq ana-bala damın altında. Ac vəziyyətdə rayon idarələrinin qapıları ağzında sürünürük. Məmurlar bizi saymır, öz qohum-əqrabalarını ətraflarına toplayıb, insanlara zülm etməklə məşğuldurlar. Burda təqsirkar kimdir, cənab prezident? Nə edək, özümüzü qatarın altına atıb öldürəkmi? Axı biz özümüz arzulamamışıq ki əlil olaq, belə bir həyat yaşayaq? Cənab prezident ümidimiz sizədir, inanırıq ki, səsimizə səs verəcəksiz”.
Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinə zəng etdik. Adının çəkilməsini istəməyən icra hakimiyyətinin məsul işçisi bildirdi ki, vətəndaş qəbula yazılsın, müraciət etsin, məsələsinə baxılsın: “İcra Hakimiyyətinə ediləsi şikayəti mətbuata etmək düzgün deyil”.
Cəlilabadda bir ailə aclıq həddində! - FOTOLAR
Cəlilabadda bir ailə aclıq həddində! - FOTOLAR
Cəlilabadda bir ailə aclıq həddində! - FOTOLAR
Cəlilabadda bir ailə aclıq həddində! - FOTOLAR
Cəlilabadda bir ailə aclıq həddində! - FOTOLAR
Cəlilabadda bir ailə aclıq həddində! - FOTOLAR
Cəlilabadda bir ailə aclıq həddində! - FOTOLAR
Cəlilabadda bir ailə aclıq həddində! - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ