SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göydə ümidim Allah, yerdə isə ümidim Sizsiniz! - Məcburi köçkün anadan İLHAM ƏLİYEVƏ YALVARIŞ!

Göydə ümidim Allah, yerdə isə ümidim Sizsiniz! - Məcburi köçkün anadan İLHAM ƏLİYEVƏ YALVARIŞ!

Tarix:

4-05-2018, 11:38

/ 1 835 dəfə oxundu.
Göydə ümidim Allah, yerdə isə ümidim Sizsiniz! - Məcburi köçkün anadan İLHAM ƏLİYEVƏ YALVARIŞ!

Ağdam rayonu, Xıdırlı kəndində doğulan 65 yaşlı Behbudova Xatirə Şəkəralı qızı prezident İlham Əliyevə müraciət ünvanlyıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə məcburi köçkün həyatı yaşayan X.Behbudova ağır xəstəlik keçirdiyini bildirir və hazırda həbsdə olan oğlunun əfv olunması üçün prezidentdən imdad diləyir.

Müraciətdə deyilir: "Hörmətli, cənab Prezident! Sizi ilk növbədə prezident seçilməniz münasibətilə təbrik edirəm. Mən yurdundan didərgin düşmüş bir ana kimi Sidən kömək istəyirəm. Göydə ümidim Allah, yerdə isə ümidim Sizsiniz! Oğlum Behbudov Fuad Natiq oğlu Xətai rayon Məhkəməsinin 29.09.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Səbəbi bir neçə ağacın ev tikmək məqsədilə kəsilməsidir. Artıq dövlətə dəyən ziyan da ödənilib. Amma yenə də mən ananın gözləri yoldadır. Mən Sizdən bir ana, torpaqlarını itirmiş və indi də övlad həsrətilə yaşayan bir ana kimi oğlumun əfv olunmasına kömək etməniz üçün xahiş edirəm.
Cənab prezident! Sizə, Sizin böyüklüyünüzə sığınıram. Mənim balamın azadlığa çıxmasına köməklik edin. Bu yaxşılığınızı heç bir zaman unutmayacağıq. Yalvarıram. Dövlətimizin 100 illiyi münasibətilə veriləcək əfv fərmanı ilə mən ananı da sevindirin. Xətası böyük deyil. Amma cəzası mox böyükdür və onu övladımdan da artıq mən bir ana olaraq çəkirəm".
Hazırda ağır yataq xəstəsi olduğunu bildirən Xatirə Behbudova müraciətinin sonunda 16 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin onun övladının əfv ərizəsini qəbul etmədiyini də vurğulayıb: "Sanki hörmətli prezidentimizin əfv siyasəti kimlərinsə inhisarındadır. Mən bu işdə də prezidentimiz İlham Əliyevin böyüklüyünə və ədalətinə sığınıram".
Xatırladırıq ki, müraciət müəllifinin həbsdə olan övladı Faiq Behbudov ayrı-ayrı dövlət nümayənədələrinə də artıq müraciət edib. Həmin müraciətlərin sonuncusu ilə buradan tanış ola bilərsiniz: http://www.dia.az/8/169204-mehbes-heyati-yashayan-mecburi-kochkun-ramiz-mehdiyeve-ve-qachqinkom-rehberine-muraciet-etdi.html
Xatirə Behbudova isə Azərbaycan Respublikasının 1-ci Vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib: http://www.dia.az/7/169600-agdamli-ana-mehriban-eliyevadan-imdad-diledi.html

Şərhlər

XƏBƏR LENTİ