SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » KƏND CAMAATI ONA ÜRƏK QIZDIRIR - FOTO

KƏND CAMAATI ONA ÜRƏK QIZDIRIR - FOTO

Tarix:

1-05-2018, 16:59

/ 2 501 dəfə oxundu.
KƏND CAMAATI ONA ÜRƏK QIZDIRIR - FOTO

Qusar Rayon Polis Şöbəsinin əməkdaşı Elvin Allahquliyev gənc əməkdaşlardandır. O, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2017-ci ildən Qusar RPŞ-nin Samur Polis bölməsində sahə rəisi vəzifəsində çalışır.
Elvin xidmət apardığı 7 kəndin sakinlərinin hörmətini qazanıb. Buna misal kimi Minaxur kənd sakinləri tərəfindən Qusar RPŞ-nin rəisi, polis polkovniki Zaur Bədəlova ünvanlanan təşəkkür məktubunu göstərmək olar. Məktubun məzmununu qısa ixtisarla oxucuların diqqətinə çatdırırıq:
“Rayonumuzda, o cümlədən kəndimizdə ictimai asayişin qorunmasına görə kənd sakinləri adından Azərbaycan Polisinə dərin təşəkkürümüzü bildiririk.
Kəndimizə təyin olunmuş sahə müvəkkili Elvin Allahquliyevin kəndimizdə vəzifəsini layiqincə yerinə yetirməsini xüsusilə qeyd etmək istərdik. O, qısa zaman ərzində kənd ərazisində gördüyü işlərlə kənd əhalisinin hörmət və rəğbətini qazanmışdır.
Biz kənd sakinləri bir daha təşəkkür edir və razılığımızı bildiririk.”
Qısa zamanda kənd camaatının hörmətini qazanan polis leytenantı Elvin Allahquliyev insanların etibarını qazanmaq üçün onlarla mehriban münasibətlər qurmağın vacibliyini bildirir. Deyir ki, kimliyindən asılı olmayaraq hər zaman vətəndaşlarla münasibətdə diqqətli və səmimi olmaq, hər kəsin müraciətinə müvafiq qaydada baxılması etimadın qazanılmasında başlıca amillərdəndir. Çalışıb bundan sonra da harada işləməyindən asılı olmayaraq xidməti borcuna diqqətlə yanaşacaq.

Nizam Həmidov
polis leytenantı
KƏND CAMAATI ONA ÜRƏK QIZDIRIR - FOTO
KƏND CAMAATI ONA ÜRƏK QIZDIRIR - FOTO

Şərhlər

XƏBƏR LENTİ