SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Laçının icra başçısı qaçqına təzyiq edir - Absurd!

Laçının icra başçısı qaçqına təzyiq edir - Absurd!

Tarix:

30-04-2018, 09:35

/ 1 249 dəfə oxundu.
Laçının icra başçısı qaçqına təzyiq edir - Absurd!

“Prezident seçkiləri ərəfəsində bir qrup təxribatçı Avropada çox iyrənc formada anti-Azərbaycan kampaniyası təşkil etmişdi
Mənim təşəbbüsümlə Avropada yaşayan dostlarım və yaxın qohumlarım ant- Azərbaycan təbliğatı aparan Orduxan Temurxana və onun kimi ünsürlərə etiraz edərək vətənpərvərlik aksiyalarını təşkil etdik”.
Bu sözləri Laçının Şeylanlı kəndindən məcburi köçkün Baxışov Müqabil Baxış oğlu yazıb.

Məcburi köçkün bildirib ki, həmin aksiyalarda birmənalı olaraq Ulu öndərimiz H.Əliyevin siyasi kursunu, H.Əliyev siyasi kursunun mənəvi və siyasi varisi İ.Əliyev cənablarını dəstəklədiyimizi açıqcasına bəyan edirdik:
“Bu aksiyaları təşkil etdiyim üçün özünü müxalifət adlandıran təxribatçılar sosial şəbəkələrdə ünvanıma ağlına-ağzına gələni danışdı.
Hətta milli kimliyimə həqarət olundu. Mən yaxşı başa düşürdüm ki, Orduxan Temurxan kimlərdənsə aldığı qrant hesabına anti-Azərbaycan kampaniyası aparır və ona ciddi maneə olduğum üçün hədəfə alınıram.

Amma iqtidarda təmsil olunub Orduxan Temurxanı dəstəkləyən məmurlar heç cürə başa düşülən deyil.

Məni çox ciddi narahat edən odur ki, YAP-ın şinelinə bürünüb bir saxta diplomla yüksək vəzifə, var-dövlət sahibi olmuş Laçın Rayon İcra Hakimiyyətinin Başçısı Aqil Nəzərli Orduxan Teymurxana görə məni düşmən gözündə görür.
Mən Aqil Nəzərliyə iş üçün müraciət edəndə o "sən kimsən ki, orduxan temurxanla sosial şəbəkələrdə şou yaradırsan" deyir.
Əcəba mənim Orduxan Temurxana qarşı keçirdiyim aksiya nədən A.Nəzərlini bu qədər narahat edib onu bilə bilmirəm.
Mətbuat vastəsi ilə aidiyyatı orqanlardan və xüsusən Prezident Admistrasiyasından xahiş edirəm A.Nəzərlinin Orduxan Temurxana görə məni düşmən gözündə görməsinə aydınlıq gətirsinlər.Bununla bağlı yuxarı orqanlara ərizə ilə müraciət edib aydınlıq gətirilməsini xahiş edəcəyəm”.
Laçının icra başçısından hər bir əməli gözləmək olardı, dövlət rəhbərliyini təhqir edən birinə etiraza görə təzyiq əl atmasını yox.
Belə çıxır ki, A.Nəzərli O.Teymurxana dolayısı ilə qahmar çıxır, onun hərəkətlərinə etiraz olunmasını istəmir. A.Nəzərlinin bu fəaliyyətinin adını qoymaq çətindir.
Həbs edilən “Quska”nın pulu ilə dövlət rəhbərliyinə qarşı hədyanlar yağdıran, söyüş müxalifətinə liderlik edən Orduxana etiraz olunması Laçının icra başçısına xoş gəlmir.
M.Baxışov prezidentə, dövlətə, xalqa dəstək verir, vətəndaş olaraq mövqeyini bildirir, amma icra başçısı ondan şikayət etdiyi üçün məcburi köçkünə bu cür təzyiq edir.
Görəsən A.Nəzərliyə himayədarlıq edən Sumqayıtın icra başçısı Zakir Fərəcov onun fəaliyyətini izləyirmi, nə düşünür, dövlət başçısına təqdim etdiyi bu kadra görə məyus olubmu?
Çünki A.Nəzərlinin adı qalmaqallardan düşmür. Onun adı fərarilikdə, saxta diplomda hallanır, H.Əliyevi aşağılayır, jurnalistlərə təzyiq edir, köçkünlərin şikayətinə baxmır.
İndi də köçkünlərdən biri anti-azərbaycançı şəbəkənin başçısı orduxana etiraz edəndə başçının təzyiqi ilə qarşılaşır.
Təbii ki, onun arxasında Sumqayıtın icra başçısı Zakir Fərəcovun dayandığı sirr deyil. Bəs niyə Z.Fərəcov prezidentə yalan məruzə edib?
Nə üçün fərarini köçkün rayona rəhbər gətirdib? Bu rüsvayçılıqdır. Prezidenti aldatmaq, ona yalan danışmaq mümkün deyil.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ