SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Nazir Ağstafa səhiyyəsinə əl gəzdirəcəkmi? - İTTİHAM

Nazir Ağstafa səhiyyəsinə əl gəzdirəcəkmi? - İTTİHAM

Tarix:

30-04-2018, 09:16

/ 1 549 dəfə oxundu.
Nazir Ağstafa səhiyyəsinə əl gəzdirəcəkmi? - İTTİHAM

Ölkənin səhiyyə sisteminin inkişafı məqsədilə ayrılan küllü miqdarda dövlət vəsaitinin mövcudluğuna baxmayaraq bu sahədə problemlər həll olunmaq bilmir ki, bilmir. Əyalətlərdə isə vəziyyət xüsusilə dözülməzdir. Bu sırada isə can verməkdə olan ağstafa səhiyyəsi “öncüllər” sırasındadır.
Mövzuyla bağlı Mediaxeberleri.az-ın elektron ünvanına daxil olan məluma görə, rayon əhalisi Ağstafa Rayon Mərkəzi Xəstəxanasının (RMX) keçmiş baş həkimi İlham Mustafayev işdən çıxarılanda seviniblərmiş ki, nəhayət Ağstafa səhiyyəsinə də “gün doğacaq.” Amma necə deyərlər, sıravi ağstafalılar saymağında olsun, görək xəstəxananın yeni baş həkimi Fatma Vəliyeva “nə sayır”
Saytımıza verilən məlumata görə, F.Vəliyevanın gəlişindən sonra durum bir qədər də qəlizləşib. Xüsusilə də əhalinin daha çox müraciət etdiyi əlillik dərəcəsinin alınmasında rüşvətxorluq və bu kimi digər neqativ hallar artmağa başlayıb. Mənbənin sözlərinə görə, faktiki diaqnozları yazıb TSEK-ə göndərmək əvəzinə, saxta diaqnozları göndərməklə sənədləri saxtalaşdırırlar. F.Vəliyeva işi o həddə çatdırıb ki, bu bürokratik əngəllərin və qanunsuzluqların əlində əlillik dərəcəsi almaq istəyən xəstələr çıxılmaz vəziyyətə düşüblər.
Ağstafa Rayon Mərkəzi Xəstəxanasında primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə yüksək rüşvət məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar, xəstəxanalarda cərrahiyə və digər tibbi əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi kimi faktlar müşahidə olunur.
Saytımızın elektron ünvanına yazan sakinlər artıq dözülməz vəziyyətə etiraz əlaməti olaraq xəstələrini yaxın digər rayonlara aparmaq məcburiyyətində qalırlar: “Biz xəstələrimizi niyə ya Qazağa, ya da Tovuza aparmalıyıq? Axı, Ağstafanın özündə hər bir şəraiti olan, lakin baş həkimin səhlankarlığı üzündən xəstəxanadan çox bazara oxşayan müalicə müəssisəsi var. Biz səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edərək, Ağstafa səhiyyəsini məhv edən şəxslərə qarşı amansız mübarizə tədbirlərinə start verməyə çağırırıq. Əks təqdirdə biz daha yuxarı instansiyalara müraciət etməyə məcbur olacağıq”
Ağstafada səhiyyənin məhvi gündən-günə daha da sürətlənir. İnanırıq ki, Səhiyyə Nazirliyinin rəhbərliyində yer alan şəxslər Ağstafa RMX-də mövcud olan problemlərin araşdırılması və həll edilməsi istiqamətində yaxın günlərdə tədbir görəcəklər.
Yazıda adları keçən tərəfləri də dinləməyə və mövqelərini dinləməyə hazırıq.

Mediaxeberleri.az

Şərhlər

XƏBƏR LENTİ