SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yeni nazir ilk memorandumunu imzaladı - Fotolar

Yeni nazir ilk memorandumunu imzaladı - Fotolar

Tarix:

25-04-2018, 12:07

/ 1 299 dəfə oxundu.
Yeni nazir ilk memorandumunu imzaladı - Fotolar

Ümumdünya Meteorologiya Təşkilatının Baş Katibi Petteri Taalasın Azərbaycana səfəri çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “İqlim dəyişmələrinə adaptasiya sahəsində meteorologiya təşkilatlarının vacib rolu” mövzusunda konfrans keçirilib.

xalqxeber.az xəbər verir ki, konfransda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Ümumdünya Meteorologiya Təşkilatının Baş Katibi Petteri Taalas, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Qulam İsaqzai və FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çakmak və beynəxalq təşkilatların, dövlət qurumlarının, elmi-tədqiqat institutlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində həmçinin Azərbaycan Respublikası və Ümumdünya Meteorologiya Təşkilatı ilə hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Ümumdünya Meteorologiya Təşkilatı arasında Anlaşma Memorandumu” imzalanıb.
Yeni nazir ilk memorandumunu imzaladı - Fotolar
Yeni nazir ilk memorandumunu imzaladı - Fotolar
Yeni nazir ilk memorandumunu imzaladı - Fotolar
Yeni nazir ilk memorandumunu imzaladı - Fotolar

Şərhlər

XƏBƏR LENTİ