SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb

“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb

Tarix:

17-04-2018, 15:10

/ 2 218 dəfə oxundu.
“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb

Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlayıb.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, loqotip Azərbaycan Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi” haqqında sərəncamlarına əsasən hazırlanıb.
Loqotipin müəllifi Zaur Murad oğlu Həmzəyevdir.
Loqotip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində, eləcədə Azərbaycan Xalq Cümhuriyyəti İli çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunamq üçün nəzərdə tutulub.

Şərhlər

XƏBƏR LENTİ