SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Tovuz Mərxəzi Xəstəxanasında rəzalət -VİDEO

Tovuz Mərxəzi Xəstəxanasında rəzalət -VİDEO

Tarix:

17-04-2018, 11:46

/ 1 505 dəfə oxundu.
Tovuz Mərxəzi Xəstəxanasında rəzalət -VİDEO

Bir neçə il qabaq Tovuz Mərkəzi Xəstəxanasında qəribə olay yaşanmışdı. Əli kəsilərək xəstəxanaya çatdırılan Qovlar sakini 48 yaşlı Sadiq Əhmədov həkimlərin ona yardım etmədiyini görüb tibb ocağının qapı-pəncərəsini sındırmışdı.. Yalnız hadisə yerinə Tovuz polisi gəldikdən sonra yaralını sakitləşdirmək mümkün olmuşdu. Zərərçəkənin qohumları bildirmişdi ki, öz həyətində işləyən zaman şüşə onun damarını kəsib. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, Tovuz Mərkəzi Xəstəxanasında növbətçi həkimi tapmaq mümkün olmayıb. Onun qan itirdiyini görən qohumlar xeyli araşdırsalar da, növbətçi həkimi gördüm deyən tapılmayıb. Baş verən hadisə ilə bağlı Xəstəxananın baş həkiminin müavini demişdi ki, iş vaxtı yerində olmayan həkim cəzalandırılacaq.
Ancaq o vaxdan heç nə dəyişməyib
Tovuz rayon Mərkəzi Xətəxanası “rüşvət epidemiyası”na yoluxub, vətəndaşları soğan qabığı kimi soyurlar.Bütün xidmətlər ödənişlidir. Hələ ağız burun əyən tibb bacılarını demirəm iki manat verməsən liftin qapısını açmırlar. Baxmayaraq ki, dövlət səhiyyə ocaqlarında tibbi xidmət çoxdan ödənişsizdir, amma bu sərəncam quru sözdən o yana keçməyib və Hippokrat andı Tovuz Mərkəzi Xəstəxanasında çoxdan funksionallığını itirib.

Azerinfo.az-a bu səhiyyə ocağı ilə şikayətlər və fakt olaraq videosüjetlər göndərilib.

Xəstənanın uşaq şöbəsində vətəndaşın necə süründürülməsi, get-gələ salınmasıı izləyə bilərsiz. Yəni ağ xalat daşıyanlar vətəndaşları bilərəkdən hakimiyyətə qarşı qoyduqlarınınb fərqində deyillərmi?
Ginekologiya şöbəsinin müdiri Rəna həkim rüşvəti qanuniləşdirib. Aborta görə açıq-aydın 50 manat tələb edir. Bunu artıq yerli prokurorluq araşdırmalıdı. Sübut kimi təqdim etdiyimiz videosüjetlər yetərlidir.


Şərhlər

XƏBƏR LENTİ