SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bərdə doğum evində şıdırğı alver: kasıb hamilə qapıdan qovuldu

Bərdə doğum evində şıdırğı alver: kasıb hamilə qapıdan qovuldu

Tarix:

11-04-2018, 09:21

/ 7 256 dəfə oxundu.
Bərdə doğum evində şıdırğı alver: kasıb hamilə qapıdan qovuldu

Bərdə Doğum Evində şıdırğı alver getdiyi haqda yeni məlumatlar əldə etmişik

Daxil olan xəbərə görə, bu günlərdə hamilə bir qadın doğum evində Zərnigar həkimin qəbulunda olub.

Sevinc adlı həmin xanım Zərnigar həkim tərəfindən qapıdan qovulub. Buna səbəb isə xəstənin doğuş üçün maddi imkanı olmadığını söyləməsi olub.
Doğum evinin baş həkimi Tünzalə Quliyeva elə bir sistem qurub ki, pulu olmayan dövlətin xəstəxanasında müayinə oluna, övlada dünyaya gətirə bilməz.
Səhiyyə Nazirliyi tərəfindən hər il Bərdə doğum evinə ayrılan vəsaitlərin hara getdiyini soruşanda isə Zərnigar həkim Sevinc adlı pasienti kobud şəkildə sözlə qovub.
Nazirliyin ünvanına dəfələrlə bu doğum evi barəsində məluamtlar getsə də, yaranmış vəziyyətin dəhşətli olduğu bildirilsə də, heç bir əhəmiyyət verilmir.
Seçkiqabağı belə bir özbaşınalığa yol verilməsi ilə vətəndaşı dövlətdən narazı salan T.Quliyeva doğum evinin şəxsi klinikası olduğunu düşünür.
Hər bir qadın ana olmaq haqqına malikdir və dövlətin aztəminatlı ailələrə dəstəyi var. Odur ki, baş həkim imkanı olanlardan pul alırsa belə, ən azı Allah yolunda kasıb insanları pulsuz əməliyyat etməli, ona analıq hissini bəxş etməlidir.
Bərdənin Doğum Evində ÜST-nın xəbərdarlığına məhəl qoyulmur. Buna səbəb qeysəriyyə əməliyyatının qazandırdığı gəlirdir.
Doğum evinin baş həkimi Tünzalə Quliyeva “qeysəriyyə bazarı” açaraq “qaz vurub, qazan doldurur”.
Hər əməliyyatdan azı 500-700 manat xeyir götürən şöbə Bərdədə genofondu məhv etməklə məşğuldur.
Təbii doğuşun 300 manat olmasına görə, baş həkim ehtiyac oldu-olmadı hamilə qadınları aldadaraq qeysəriyyə əməliyyatına məcbur edir ki, 500-700 manat qoparsın.
Bu dəhşətli vəziyyətlə bağlı rayon sakinləri həyəcan təbili çalırlar. Bildirirlər ki, tezliklə Səhiyyə Nazirliyi Bərdənin Doğum Evində yoxlamalar aparmalıdır.
Bərdənin baş həkimi Rəna Mustafayevanın isə doğum şöbəsinin rəhbəri olan T.Quliyevaya qazanmağa yaxşı şərait yaradıb. Ona görə də rayonun baş həkimi “Leksus” markalı bahalı avtomobildə gəzir.
Çünki onun gəliri təkcə qeysəriyyə əməliyyatlarından aldığı faiz deyil, həm də dövlətin Bərdə Rayon Mərkəzi Xəstəxanasına hər ay ayırdığı 20 min manatlıq ərzağın dükanlarda satdırmasıdır.
Vaqif adlı şəxsin əli ilə bu işləri görən R.Mustafayeva dövlətin vəsaitini talan edir. Rayon sakinləri isə sosial şəbəkələrdə yazırlar ki, R.Mustafayeva xəstəxanada gestapo şəraiti yaradıb.
Şəkər xəstələrinə dərman vermir, pulsuz müayinə etmir, palatalarda xəstələrə yemək verilmir, ondan nazir Oqtay Şirəliyevə şikayət edəcəklərini deyəndə gülür. Deyir ki, “naziri tapsanız mənə də xəbər edin”.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ