SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Yevlax MERO rəisi sürücülük vəsqəsini 1200 manata satır

Yevlax MERO rəisi sürücülük vəsqəsini 1200 manata satır

Tarix:

23-02-2017, 09:28

/ 7 460 dəfə oxundu.
Yevlax MERO rəisi sürücülük vəsqəsini 1200 manata satır

MERO rəisi sürücülük vəsqəsini 1200 manata satır Elxan Əliyev Mətləb Xudaquliyevdən iki uşağı üçün 2200 manat pul tələb edib

7 saylı Yevlax İmtahan Qeydiyyat İdarəsinin rəisi Elxan Əliyevlə bağlı şikayətlərin ardı-arası kəsilmir. Əliyevdən şikayətçi düşənlərdən biri də Yevlax rayon sakini Mətləb Xudaquliyevdir.
O yazır ki, aprelin 7-də sürücülük vəsiqəsi almaq üçün 7 saylı Yevlax İmtahan Qeydiyyat İdarəsində olub. Ora getdiyində qızları üçün imtahan verərək, sürücülük vəsiqəsi almaq istədiyini bildirib. Cavabında isə deyiblər ki, bui şlə birbaşa idarənin rəisi Elxan Əliyev məşğul olur. «Elxan Əliyevə yaxınlaşıb övladlarıma sürücülük vəsiqəsi almaq istədiyimi bildirdim. Elxan Əliyev dedi ki, onun üçün ali təhsilli və ya çobanın heç bir fərqi yoxdur. Onun sözlərinə görə, konkret qiymət var və sürücülük vəsiqəsi 1200 manatdır. Daha sonra isə bildirdi ki, mənim iki qızım sürücülük vəsiqəsi istədiyi üçün hər uşaq üçün 100 manat keçə bilər».
Mətləb Xudaquliyev bildirir ki, idarə rəisinin dediklərinə əhəmiyyət verməyib. Qanuni olaraq rüsumu köçürərək, uşaqlarını imtahana salıb. «Uşaqlarım imtahanda iştirak etsələr də, Rəfayel adlı müəllim bildirdi ki, onlar keçməyiblər. Bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin qaynar xəttinə zəng etdim. Ardından isə aprelin 15də baş prokuror Zakir Qaralovun Ucara gələcəyini öyrənib, qəbuluna yazıldım. Amma məni qəbula buraxmadılar».
Xudaquliyev şansını DİN rəhbəri Ramil Usubovun iyunun 2-də Bərdədə keçirəcəyi görüşə bağlayıb. Bununla əlaqədar olaraq Bərdə rayon Polis Şöbəsinə müraciət edib. Oradan polkovnik Ağakişi müəllim onu qəbul edərək, söhbət edib. «Mənə bildirdi ki, Elxan Əliyev çox arxalı adamdır və ona heç nə etmək mümkün deyil. Tövsiyyə etdi ki, qaçqın adamam, gedib başımı aşağı salıb dolanıb. Onun da sözünə baxmayıb, iyunun 2-də görüşə gəldim. Məlum oldu ki, adımı siyahıya salmayıblar».
Yevlax sakininə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Mübariz Şahbazov elektron formada məktub ünvanlayıb. Orada qeyd edilir ki, 161 xidmətinə etdiyi müraciətlə bağlı araşdırma aparıblar. Lakin heç bir qeyri-qanuni hal aşkarlamayıblar.
Mətləb Xudaquliyev sonda bildirir ki, üzləşdiyi problemlə əlaqədar media və rəsmi qurumlardan yardım istəyir

Şərhlər

XƏBƏR LENTİ