SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Özünü nazir postunda görür - Əbülfəs Qarayevi yenmək istəyir

Özünü nazir postunda görür - Əbülfəs Qarayevi yenmək istəyir

Tarix:

23-02-2017, 09:17

/ 2 910 dəfə oxundu.
Özünü nazir postunda görür - Əbülfəs Qarayevi yenmək istəyir

Bir neçə gün əvvəl Gəncə şəhər İcra Hakimiyyətinin başçısı postundan alınacağı haqda informasiyalar yayılan Elmar Vəliyevlə bağlı redaksiyamıza yeni iddialar daxil olub.

Məlumatlı mənbənin söylədiklərindən belə aydın olur ki, Elmar Vəliyevin gedişi ilə bağlı məsələ artıq həll olunmuş kimidir, amma bir zamanlar Bakı şəhər İcra Hakimiyyətinin başçısı postuna göz dikən Elmar Vəliyev indi də daha böyük mənsəblər uğrunda savaşa girib.

Məlumatlı mənbə dia.az-a bildirib ki, Elmar Vəliyev Mədəniyyət və Turizm Naziri ola bilməsi üşün qollarını çırmayıb.

Mənbənin söylədikləri: "Məlumdur ki, hazırda Mədəniyyət və Turizm Nazirliyinə Əbülfəs Qarayev rəhbərlik edir. Onun da hakim düşərgədə mövqeləri yetərincə möhkəmdir. Amma Elmar Vəliyev də ciddi dayaqlara malik olduğundan bu gün özünü Əbülfəs Qarayevə qalib gələcək qüdrətdə hesab edir".

Məlumatlara görə, yaxın günlərdə hər iki postla bağlı rəsmi qərar elan oluna bilər.

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Bütün maraqlı tərəfləri də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ