SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəki sakinlərinin təbii qaz dərdi... - Müraciət

Şəki sakinlərinin təbii qaz dərdi... - Müraciət

Tarix:

7-04-2018, 10:08

/ 1 768 dəfə oxundu.
Şəki sakinlərinin təbii qaz dərdi... - Müraciət

Şəki rayonun Baş Göynük kəndinin “Ocaq Palıdlar”müvəqqəti yaşayış məntəqəsi sakinlərinin adından ölkənin 1-ci Vitse-prezidenti Mehriban xanım Əliyevaya və digər aidiyyatı üzrə döblət qurumlarının rəhbərlərinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Şəki rayonun Baş Göynük kənd əhalisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqın xeyir-duasıilə bütün Azərbaycanda, o cümlədən Baş Göynük ərazisində görülən işləri, sosial obyektlərin tikintisini, kənd təsərrüfatı sahəsindəki nailiyyətləri görür və qürur hissi keçirir. Çox hörmətli Mehriban xanım! Bizim kəndin tərkibində olan müvəqqəti yaşayış məntəqələrinin sayı 11 olmaqla, hər biri kənddən 15-30 km aralıda yerləşir. Belə məntəqələrdən ən böyüyü “Ocaq Palıdlar” yaşayış məntəqəsidir.

Bu yaşayış məntəqəsi Şəki-Qax magistral yolunun 6 km-lik məsafəsində yerləşir.Bu yaşayış məntəqəsində 600 nəfərə qədər sakin daimi yaşayır və təsərrüfatla məşğuldur. Şəkidən Qax rayonunadək olan ərazisinədə yerləşən demək olar ki, bütün kənd və məntəqlər təbii qazla təchiz edilmişdir.Təkcə bizim yaşayış məntəqəmizdən başqa. Şəki-Zaqtala-Balakən magistral qaz xəttinin bizim yaşayış massivindən 2700 m şimal hissədən keçməsinə baxmayaraq təbii qaz üzünə həsrət qalmışıq. Biz yerli bələdiyyə ilə razılaşmışıq ki, əsas magistral xətdən bizim yaşayış məntəqəmizə qədər olan 2700 m –lik məsafənin 100 mm diametrlik dəmir boru ilə təchiz edilməsini sakinlər və bələdiyyə öz üzərinə götürür. Sizdən çox xahiş edirik. Yerdə qalan məhllədaxili qaz xəttlərinin çəkilişi üçün aidiyyatı idarələrə göstəriş verəsiniz. Əvvəlcədən hamılıqla minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə, həmin ərazidə yaşayan vətəndaşlar adından: Əsgərov Əsgər Musatafa oğlu və 35 təsərrüfat rəhbəri adından".
Şəki sakinlərinin təbii qaz dərdi... - Müraciət
Şəki sakinlərinin təbii qaz dərdi... - Müraciət
Şəki sakinlərinin təbii qaz dərdi... - Müraciət

Şərhlər

XƏBƏR LENTİ