SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Prezident İlham Əliyevin İqbal Məmmədovun təbliğatına ehtiyacı yoxdur" - Leriklilərdən ETİRAZ

"Prezident İlham Əliyevin İqbal Məmmədovun təbliğatına ehtiyacı yoxdur" - Leriklilərdən ETİRAZ

Tarix:

6-04-2018, 16:55

/ 1 774 dəfə oxundu.
"Prezident İlham Əliyevin İqbal Məmmədovun təbliğatına ehtiyacı yoxdur" - Leriklilərdən ETİRAZ

Lerikin deputatı İqbal Məmmədov aprelin 11-də Azərbaycanda keçiriəcək növbədənkənar prezident seçkiləri ilə bağlı rayonda görüş keçirib.

GunAz.org-a daxil olan məlumata görə, bu da problemə səbəb olub. Belə ki, ölkə başçısı İlham Əliyevin təbliğatı ilə bağlı görüş keçirən depuatat ayrı-seçkilik etməkdə qınanılıb.
Rayon sakinlərinin verdiyi məlumata görə, rayonda ancaq Zuvandda görüş keçirən Məmmədov digər ərazilərə üz tutmayıb. Bu da sakinlərin 5 ildən çoxdur görmədikləri deputatla görüşə bilməməsinə səbəb olub.
“Əvvəla, Prezident İlham Əliyevin İqbal Məmmədovun təbliğatına ehtiyacı yoxdur. Ölkə başçısının gördüyü işlər onun təbliğatı üçün kifayət edir. İqbal Məmmədov bir dəfə Milli Məclisdə ağzını açıb seçicilərinin problemi barədə bir cümlə danışmayıb. Bu adam prezidentlə bağlı nə danışa bilər? Niyə ancaq Zuvanda gedir? Oranda niyə getmir? Yəqin, Orandın da deputatı ayrıca görüş keçirəcək…”, – GunAz.org-a danışan Lerik sakinləri deyib.
Sakinlər İqbal Məmmədov biznesmən bir deputat kimi tanıdıqlarını, onun ancaq öz biznesini düşündüyünü deyiblər: “Rayona gəlməsi də, seçki təbliğatı apardığını deməsi də, formaldır. Ona onsuz da heç kəs inanmır. Xalq İqbal Məmmədovsuz da prezidenti seçəcək. Yəni belə bir adama nə Milli Məclisdə, nə də səlahiyyətli nümayəndə kimi ehtiyac yoxdur”.

Şərhlər

XƏBƏR LENTİ