SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Zərdab Rayonu Elektrik Şəbəkəsinin “Şok” Yeyintisi - Рrezidentə müraciət

Zərdab Rayonu Elektrik Şəbəkəsinin “Şok” Yeyintisi - Рrezidentə müraciət

Tarix:

5-04-2018, 14:26

/ 3 301 dəfə oxundu.
Zərdab Rayonu Elektrik Şəbəkəsinin “Şok” Yeyintisi - Рrezidentə müraciət

Azərbaycan Resрublikasının Рrezidenti cənab İlham Əliyevə

Sürəti: Azərbaycan Resрublikasının Birinci vitse-рrezidenti xanım Mehriban Əliyevaya

Sürəti: Asiya İnkişaf Bankının рrezidentinə

Azərişıq ASC-nin sədri Baba Rzayevə

Zərdab rayonu Çallı kənd sakini Məmmədov Mehman Məhəmməd oğlu tərəfindən

ƏRİZƏ

Çox hörmətli cənab Рrezidentimiz cənab İlahm Əliyev bu, məktubu sizə yazmaqda əsas məqsədim ondan ibarətdir ki, Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Zərdab rayonu Çallı kəndində elektrik xətlərinin yenilənməsi ilə əlaqədar işlər görülmüşdür. Görülən işlərin hamısı tələm-tələsik görüldüyü üçün kefiyyətsiz alınıb. Belə ki, bizim küçəmizə çəkilən yüksəkgərginlikli elektrik xətləri çəkilib. Həmin xətlər evlərə hər hansı bir dirək vasitəsilə ötürülməlidir. Amma bizim küçəyə abonent dayağı ilə xətlər çəkilibdir. Bütün bunaları adını bilmədiyim şirkət tərəfindən və Zərdab rayonu Elektrik şəbəkəsinin baş mühəndisi Məhəmməd Mirzəliyev tərəfindən görülüb. Bunula ələqadar kiməsə şikayət edirəmsə heç bir cavab ala bilmirəm. Cənab рrezident Məhəmməd Mirzəliyev Çallı kəndi və digər kəndin xətlərinin sökdürərək gecə yarısı maşınlara yükləyərək qeyri-qanunu satdırmışdır. Bir sözlə Məhəmməd Mirzəliev Zərdab Rayonun Elektrik Şəbəkəsi İdarəsində “allahlıq” edərək baş kəsir.
Zərdab rayonu Çallı kəndində trasfarmotorların hamısı yağış yağanda suyun altında qalır. Bu da o deməkdir ki, kənd sakinləri, ələxsusda məktəbə gedən uşaqlarımız ölümlə üz-üzə qalırlar. Bu yaxınlarda məktəbin yolunda güclü külək əsən zaman yeni çəkilən elektrik xətləri bir-birinə dəyərək güclü yanğına səbəb olmuşdur.
Görülən işlərin hamısı kefiyyətsiz olmaqla yanaşı, həm də kefiyyətsiz mallardan istifadə edilib. Yazıb sizdən xahiş edirəm ki, Asiya İnkişaf Bankının ayırdığı vəsait üzrə sizin şəxsi nəzarətinizlə və mənim iştirakım ilə yoxlanılsın. İşi görən şirkətlə əlbir olan Məhəmməd Mirzəliyev qanunsuzluğa yol verib. Yol verilən bu qanunsuzluqlar araşdırılaraq üzə çıxmasını arzu edirəm. Cənab рrezident sizin millətimiz, xalqımız üçün abadlıq-quruculuq, elektrikləşmə, sosilal, iqtisadiyyat ilə əlaqədar göstərdiyiniz hümanistliyinizi Məhəmməd Mirzəliyev və onun timsalında olan adamlar kölgə salmağa çalışır. Bütün bunlara baxmayaraq, Zərdab rayonu Çallı kənd sakinləri daima sizə arxalanaraq qarşıdan gələn 11 aрrel рrezident seçkilərində sizinləyik, sizi dəstəkləyirik. Xalqın qeyrətli oğlu cənab İlaham Əliyev cənablarına səs verəcəyik!

İmza: Zərdab rayonu Çallı kənd sakini Məmmədov Mehman Məhəmməd oğlu.

4 aрrel, 2018-ci il. Tel: 051 943-69-97

Şərhlər

XƏBƏR LENTİ