SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Tovuzda iki kəndin sakinləri torpaq üstündə düşmənə çevriliblər

Tovuzda iki kəndin sakinləri torpaq üstündə düşmənə çevriliblər

Tarix:

2-04-2018, 16:56

/ 1 885 dəfə oxundu.
Tovuzda iki kəndin sakinləri torpaq üstündə düşmənə çevriliblər

1999-cu ildə Tovuz rayonunda torpaq islahatı aparılan zaman kobud qanun pozuntularına görə, iki kəndin sakinləri arasında münaqişə yaranıb.

Bu barədə Unikal.org-a Ağdam kənd sakinləri şikayət ünvanlayıblar.

Ağdam kənd sakini Teymur Bağırov vurğulayıb ki, kəndlərinin dədə-baba torpaqlarını əkib-becərə bilmirlər:

"Səbəb isə budur ki, 1999-cu ildə Tovuz rayonunda torpaq islahatı aparılan zaman kobud qanun pozuntularına yol verilib. Belə ki, qonşu Vahidli kəndinin öz torpaqlarında aparılmalı olan torpaq islahatı bizim Ağdam kəndinin torpaqlarına salınıb. Nəticədə Ağdam kəndliləri özləri torpaqsız qalıb”.

Kənd sakini bu məsələdə yerli icra orqanlarının əməkdaşlarını günahkar hesab edir:

"Yerli Aqrar İslahat Komissiyasının rəhbərləri qonşu Vahidli kəndindən olduqları üçün əllərində olan səlahiyyətlərdən öz kəndlərinin xeyirinə sui-istifadə ediblər.

Biz İcra Hakimiyyətinə sual verəndə ki, "Nə üçün qonşu kəndin camaatının islahatı bizim torpaqlarda aparılmalıdır? bəs bizim camaat haranı əkib becərməlidir?"

Onda da belə cavab verirlər ki, 1990-cı ilə qədər Ağdamla Vahidli kəndləri "C.Ağamalıoğlu adına Sovxozda" bir olduğundan sizin hər hər iki kəndin də islahatı da qarışıq aparılıb”.

Kənd camaatı isə İcra Hakimiyyətinin bu mövqeyini yanlış adlandırıblar: "Bu isə bizə verilən səhv cavabdır. Ona görə ki, əvvəla 1990-cı Ağdam kəndi Azərbaycan Respublikası Prezidentinin verdiyi fərmanla Vahidli sovetliyinden ayrılmışdır. Vahidlinin ayrı, Ağdamın da ayrıca İnzibati Ərazi Xəritələri işlənmiş, ayrıca kənd icra nümayəndələri seçilmiş və onların da ayrı-ayrı möhürləri yaradılmışdır.

1991-ci ildə Sovet hökuməti dağılanda isə bütün sovxoz quruluşları avtomatik dağıldı və ləğv olundu.
Nəzərinizə çatdırım ki, hər iki kəndi bir-birindən Axınca adlanan çay ayırır. Tutaq ki, torpaq islahatı keçmişdə Sovxoz nəzdində getməli deyildimi?

Bəs onda necə olur bütün Vahidli sakinlərinə Ağdam kəndinin torpaqlarından pay düşdüyü halda, bir nəfər də olsun Ağdam sakininə Vahidli kəndinin yerinə pay düşməyib? Elə buradanca ayrı-seçkilik və qərəzli mövqe bəlli olur.

İkinci bir tərəfdən Ağdam kəndinin əhalisi qonşu Vahidli kəndinin əhalisindən çox olduğu halda Ağdamlılara az, Vahidlilər isə çox torpaq düşə bilərmi? Nəzərə alsaq ki,
1429 nəfər Ağdam, 1398 isə vahidli sakini var.

Əhalinin sayı torpaq islahatı zamanı nəzərə alınmalı olan faktordur.
Saxtakarlıq burada ortaya çıxdı. Yəni Vahidli kəndindən olan islahat rəhbərləri öz torpaqlarını sənədlərdə islahatdan gizlədiblər.

3-cüsü isə axı nə üçün islahat dağılmış Sovxoz quruluşunun nəzdində bir getməlidir?
Kəndlər ayrılıbsa, islahatlar inzibati ərazi daxilində ayrı-ayrı aparılmalı idi.

Daha bir tutarlı faktı da nəzərinizə çatdıraq ki, həmin qonşu Vahidli kəndinin öz torpaq ehtiyyatı bizim Ağdam kəndinin torpaq ehtiyyatından qat-qat çoxdur.

Burada qanunvericiliyə zidd hərəkətlər edilib və həmin qanun-pozucuları prokurorluq orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunmalı halda, bu gün sərbəst gəzirlər.

Düzdür 2001-ci ildə Ağdam kənd sakinlərinin şikayətləri əsasında islahat dayandırılıb və nəticələri də dondurulub.

Amma islahatın ləğv olunmasına baxmayaraq Vahidli kəndinin bələdiyyə sədrinin təhriki Vahidlilər bizim Ağdam kəndinin torpaqlarından gözlərini və əllərini çəkmək istəmirlər”.

Kənd sakinləri hesab edirlər ki, əgər belə olardısa bu gün iki kənd də bir-biriləri ilə qarşı-qarşıya gəlməzdi.

Şərhlər

XƏBƏR LENTİ