SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ramiz Zeynalovun Işçisi Göyçay Sakinlərinə Qənim Kəsilib -ŞİKAYƏT

Ramiz Zeynalovun Işçisi Göyçay Sakinlərinə Qənim Kəsilib -ŞİKAYƏT

Tarix:

14-03-2018, 14:57

/ 2 470 dəfə oxundu.
Ramiz Zeynalovun Işçisi Göyçay Sakinlərinə Qənim Kəsilib -ŞİKAYƏT

Meridian.az-a Göyçay rayon sakinləri tərəfindən şikayət məktubu daxil olub.Narazı sakinlər mətbuat vasitəsi ilə Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova müraciət ünvanlayırlar.Həmin müraciəti olduğu kimi oxucuların diqqqətinə çatdırırıq.

"Bakı- Şamaxı-Yevlax magistralının Göyçay hissəsində Dövlət Yol Polisinə məxsus “BMV” markalı 808 saylı yol patrul xidməti maşınının qanuna zidd hərəkətləri sürücüləri təngə gətirib. Belə ki, 4 –cü tağıma məxsus 808 saylı YPX maşınının “Sahibkar”ı Hacıyev Kamal Hidayət oğlunun sən demə çox güclü ov etmə məharəti varmış.Hər bazar günü Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində fəaliyyət göstərən mal bazarından hünərin var bir quzu və ya bir qotman ot alıb yola düzəl görüm necə gedirsən? Dərhal 808 başının üstünü alacaq.Heç”Holliwood” kinostudiyası cəngəlliklərində belə kadrlar çəkə bilmirlər ki,bizim bu “Saşka”onu bacarır.Mal-qara satanlar satdığı heyvanın qiymətinin üstünə 808-də haqqının gəlməsi artıq vərdişə çevrilib.Yazıq kəndli neyləsin axı?Bizim “Saşka”mızda akademiyada təhsil alır.Axı o da ulduz görmək istəyir?Nə qədər serjant gəzmək olar? Yəqin ki,bu 808 ölkədə kənd təsərrüfatına dövlət qayğısından xəbərsizdir? Xəbəri olsaydı min bir əziyyətlə mal-qaranı bazara çıxaran kəndlini Kamal Hacıyev qorxudaraq belə incitməz,bizdə həmin magistralda ovçuluğa meyl salan bu gəncin şoularını görməzdik.
Bu gün ölkəmiz böyük bir siyasi kompaniya ərəfəsindədir.Belə bir zamanda 808-in ictimaiyyətə qarşı “məhəbbətinə” nə ad vermək olar?

Biz Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovdan xahiş edirik polis əməkdaşı Kamal Hacıyevin korrupsiya əməllərini araşdırıb barəsində qanunu tədbirlər görəsiniz.

Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ