yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

İdman müəllimi GDU-da fitnes klub və kurs açıb - İttiham

İdman müəllimi GDU-da fitnes klub və kurs açıb - İttiham
12-03-2018, 08:58 254 dəfə baxılıb

Yusif Yusibov Gəncə Dövlət Universitetinə (GDU) rektor keçdikdən sonra “alayarımçıq” kadrlara böyük səlahiyyətlər verili

Bu barədə Xalqxeber.Az-a göndərilən məktubda qeyd olunub.

Məktubda sual olunur ki, görəsən bu “lalları, korları, şilləri” rektor haradan tapır: “Belə yüksək səlahiyyət sahiblərindən biri də Xəqani Umudovdur.
O, özünün dediyi kimi “universitetin nəznində fəaliyyət göstərən departament sədri”dir. Əslində Xəqani bəy idman klubunun rəhbəridir.
Xəqani bəyin universitetdə tədris və təlim-tərbiyə işlərinə heç bir aidiyyəti yoxdur. Lakin, nədənsə rektor II və III tədris binalarında müəllim və texniki işçilərin işə davamiyyətini yoxlamağı ona həvalə edib”.
Təsəvvür edin, Xəqani bəy əlində işçilərin siyahısı ilə hər hansı bir kafedraya daxil olur. Məsələn, Nigar müəllimə, Teyyub müəllim, Fatma müəllimə və s.
Elə bil ki, türmədə dustaqları yoxlayır. Belə yoxlama bir kafedrada gün ərzində bir neçə dəfə və hər dəfə də təqribən yarım saat çəkir.
Allah eləməmiş, əgər kimsə işə gecikibsə, Xəqani bəy amiranə şəkildə əmr verir: "Gəlsin ikinci binaya, mənim kabinetimə.
Orada qeydiyyatdan keçsin. Gəlməsə iş gününü kəsəcəyəm, akt bağlayacağam. Görəsən bu hakimi-amir kimə arxayındır ki, belə "göynən gedir?”
Universitetin ikinci tədris binasının həyətində külli miqdarda pul bahasına başa gələn müasir futbol meydançası elə bil Xəqani bəyə babasından qalıb.
Universitetdən kənar şəxslərin bu meydançada futbol oynaması üçün "departament müdiri" xüsusi qiymət qoyub. 2 saat üçün 15 manat. Yaxşı gəlir yeridir.
İki-üç il bundan qabaq sınıq-salxaq "09-Jiquli" maşını olan Xəqani bəy özünün dediyi kimi "departament müdiri" olduqdan bir il sonra "Nissan Teana", bundan bir il keçməmiş isə "Mersedes ML" cip maşını alıb”.
Məktubda detallı məlumatlar yer alıb. Bildirilir ki, X.Umudov II tədris binasında iki-üç darısqal otaqda yaratdığı "fitnes klubu"na universitetin əməkdaşlarını buraxmasa da şəhərin gənclərinin əyləncə mərkəzinə çevrilib.
“Belə ki, indi də o, abituriyent , magistr, dövlət qulluğu, müəllimlərin işə qəbulu və kompüterlə bağlı hazırlıq kursları təşkil etmək istəyir.
Lisenziyası olmayan bu hazırlıq kursları universitetin III tədris binasında təşkil olunur. Tədris binasında təhsil alan xarici dili fakültəsinin tələbələri üçün dərs keçməyə otaq çatışmır.
Amma buna baxmayaraq dərs otaqlarını Xəqani bəy zəbt edib, dövlət müəssisəsinin əmlakından şəxsi qazanc götürmək məqsədi ilə geniş istifadə edir. Bu özəl hazırlıq kurslarına universitetin iki yüksək vəzifəli şəxsi də şərikdir.
Ona görə də III tədris binasında yerləşən bu kurs həmin şəxslər tərəfindən texniki avadanlıqlar, notbular və mebellərlə təmin olunub.
Xəqani bəy idman ixtisasını bir neçə il bundan qabaq güc-bəla ilə bitirib, magistr təhsili yoxdur. Bir saat da olsun belə dərs keçməyib, müəllimlik işi ilə əlaqəsi yoxdur”.

GDU rəhbərliyinin və X.Umudovun mövqeyini dərc etməyə hazırıq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-10-2018


18-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ