SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Kamaləddin Heydərov qız üstə adam döyən polkovniki qovacaqmı? - Təfsilat

Kamaləddin Heydərov qız üstə adam döyən polkovniki qovacaqmı? - Təfsilat

Tarix:

9-03-2018, 10:10

/ 3 065 dəfə oxundu.
Kamaləddin Heydərov qız üstə adam döyən polkovniki qovacaqmı? - Təfsilat

Cəlilabadda FHN polkovniki qız üstündə bank işçisini döyüb. Bu barədə saytlar xəbər yayıb

Mediayaya istinadla verdiyimiz məlumata görə, döyülən Yusif Quliyev özü şikayət edib.

Bildirib ki, onu döyənlərdən biri Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad rayon Yanğından Mühafizə İdarəsinin rəisi, polkovnik-leytenant Şahin Cəfərov olub. FHN polkovniki onu döyərək ağır xəsarətlər yetirib.

“Cəlilabad kredit evi” təşkilatının kredit mütəxəssisi olan 20 yaşlı Y.Quliyevin sözlərinə görə, hadisə qız üstündə olub:

“Rayon polis şöbəsinin kapitanı Nəsimi Bağırovun qardaşı Əlihüseynin qızına elçi göndərdiyimə görə məni döyüblər.

Həmin gün küçədə mənə yaxınlaşdılar və dedilər ki, biz sənin üçün Əlihüseynik ki, qız istəyəsən, sənə toxunmayaq? Sonra məni döyməyə başladılar.

Üz-gözüm tanınmaz hala salıblar. Ekspert rəyi verib. Baş Prokurorluğa şikayət etmişəm. Polis rəisi çağırdı ki, səni döyənlərin 200 manat cəriməsi var, şikayəti geri götür.

Sonra Nəsimi ilə görüşdürdülər, məni təhqir etdi. Nəsimi mənə dedi ki, sən polisdən polisə şikayət edirsən?”

Y.Quliyev onu döyən şəxslər qanun çərçivəsində cəzalandırılmasını tələb edir.Gənci döyənlərdən birinin də FHN polkovniki olması sual doğurur.

Onun bu işlə hansı əlaqəsi olub? Onu döyənlərdən biri qızın qohumudursa, Ş.Cəfərovun nə kimi bağlılığı var? Bu suallara aydınlıq gətirilməyib.

İkincisi, FHN polkovnikinin vəzifəsi fövqəladə hadisə, yanğın baş verəndə əraziyə əməkdaşları göndərmək, insidentin qarşısını almaqdır. Amma deyəsən Ş.Cəfərov başqa işlərlə də məşğuldur.

Hər halda məsələ fövqəladə hallar naziri Kamaləddin Heydərova məruzə olunub. Onun vəzifəsində saxlanması əslində, nazirlik adına müsbət xal qazandırmır.

Çünki K.Heydərov həmişə işini təmiz tutmağa, nazirliyin adını xoşagəlməz hadisələrə qarışdırmamağa, reputasiyasını kristal saxlamağa çalışıb.
Ancaq nazirliyin Cəlilabada təyin etdiyi rəis qız üstündə adam döyməkdə ittiham olunur.

Həm Daxili İşlər Nazirliyi, həm Fövqəladə Hallar Nazirliyi tərəfindən məsələnin araşdırılacağına şübhə yoxdur. Hər iki nazirlik adı keçən məsələlərdə hər zaman həssaslıq göstərir.

DİN naziri Ramil Usubov da, FHN rəhbəri Kamaləddin Heydərov da heç bir xətaya göz yummur, ən kiçik səhvi, qanunsuzluğu da bağışlamır.

Odur ki, məişət zəminində baş vermiş hadisə ilə bağlı hər iki nazirliyin lazımi addım atacağı gözləniləndir.

Hadisə ilə bağlı DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis leytenantı Məhəmməd Rzayev unikal.org-a bildirib ki, deyilənlər həqiqəti əks etdirmir:

“Həmin münaqişədə adıçəkilən polis əməkdaşı deyil, onun qardaşı Əfqan Bağırov olub. Məsələ ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır. Aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Ancaq nədənsə, döyülən şəxs Ş.Cəfərovun da adını çəkib. Belə görünür ki, onun bu hadisədə əli olub. Amma istintaqın gedişindən sonra məsələ aydınlaşacaq.

Hər halda ilk dəfədir ki, FHN polkovnikinin adı adam döyməkdə, özü də qız üstündə olan bir məsələdə hallanır.

Nəzərə almaq lazımdır ki, Ş.Cəfərov sıravi yanğınsöndürən yaxud idarə işçisi deyil, K.Heydərov onu Cəlilabada yerli idarə rəisi təyin edib.

O isə karyerasını, nazirliyin adını fikirləşmədən, adam döymək işinə qarışıb. Y.Quliyevin onun adını çəkməsi təsadüfi ola bilməz.
Görünür ki, nəsə olub.

Bütün hallarda biz nazirliyin, adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ