yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Əhəd Abıyev oğlunun yıxılmasını qazi işində üz–gözünə bulaşdırdı – müəmma/Video

Əhəd Abıyev oğlunun yıxılmasını qazi işində üz–gözünə bulaşdırdı – müəmma/Video
24-02-2018, 16:01 1 025 dəfə baxılıb

Daşkəsənin icra başçısı Əhəd Abıyevlə aprel qazisi Arzu Məmmədov qalmaqalı böyüyür
Müharibə əlilinin 24saat.org-a müsahibəsində səsləndirdiyi ittihamlar sosial şəbəkələrdə müzakirə edilir.
“Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin oğlu 2016-cı ilin yazında özünü binadan atıb. Aprel hadisələrində yaralandıqdan sonra 38 gün hərbi hospitalda qaldım.
Həmin müddətdə nə Əhəd Abıyev, nə də müavinləri yanıma gəldi. Halbuki Prezident İlham Əliyev hospitala bizimlə görüşməyə gələndə icra başçılarına tapşırıq vermişdi ki, qazilərlə maraqlansınlar, onların qayğısına qalsınlar.
Daşkəsənə qayıtdıqdan sonra qəbuluna gedib ondan mənə baş çəkməməsinin səbəbini soruşdum.
Əhəd Abıyev cavab verdi ki, həmin vaxt oğlu yeddinci mərtəbədən yıxılıb və beli qırılıb. Ona görə də gözümə heç kim görünmürdü” – Arzu Məmmədov bildirib.
Məlum olub ki, mediada Əhəd Abıyevin oğlu İslam Abıyevin 9-cu mərtəbədən yıxılması və ya intihar eməsi ilə bağlı xəbərlər yazılsa da, bu xəbərlər 2014-cü ilə aiddir.
Əhəd Abıyev oğlunu Türkiyəyə müalicəyə aparıb və 17 yaşlı İslam Ağayev qaldıqları 9 mərtəbəli otel binasının damından yıxılıb.
Ancaq Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev həmin vaxt bu xəbərləri cəfəngiyyat adlandırıb. O deyib ki, oğlunu səhhətində heç bir problem yoxdur:
Əslində, Əhəd Abıyev qazi Arzu Məmmədova yalan danışıb. Belə ki, Arzu Məmmədov 2016-cı ildə yaralanıb. Əhəd Abıyevin oğlunun yaralanması ilə bağlı 2014-cü ilə aiddir.
Həmçinin nəzərə alsaq ki, belə bir hadisənin baş verməsi həm Əhəd Abıyevin özü, həm də oğlu tərəfindən təkzib edilib, o zaman Əhəd Abıyevin yalan danışmasına şübhə yeri qalmır.
İcra başçısı Qarabağ əlilinin problemini həll etməmək üçün bütün bəhanələrdən istifadə edir. Ancaq bu dəfə Ə.Abıyev hər şeyi üzünə gözünə bulaşdırıb.
Halbuki aprel qazisini süründürməkdənsə, ona yalanlar danışmaqdansa, əmisi qızını əleyhinə bəyanat verməyə məcbur etməkdənsə, yardım göstərə bilərdi.
Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva bütün müharibə əlillərinə, şəhid ailələrinə qayğı göstərir, mənzil şəraiti yaxşılaşdırılır, icra başçısı isə ölkəmizi dünya önündə rüsvay edir.
Azərbaycan dövləti hər yerdə bəyan edir ki, köçkünlərə, şəhid ailələrinə, əlil hərbçilərə, qazilərə dəstək verir. Ə.Abıyev isə 1 aya yaxındır ki, bu məsələni həll etmir və əvəzində qazini sələmçi, dələduz çıxarır.
Ə.Abıyev qazisinin qohumunu qabağa verərək özü haqda deyilənlərin yalanlamağa çalışır. Faktiki olaraq isə düşmənlə üzbəüz savaşaraq sağlamlığını itirən gənc ev fırıldağı ilə qarşılaşıb.
Daşkəsənin icra başçısı isə məsələni siyasi istiqamətə çəkərək barəsində kampaniya aparıldığını iddia edib.
Açıqlamada bildirilir ki, Ə.Abıyevin filiz kombinatı problemini açıqlaması ona qarşı qara piar aparılmasına səbəb olub.
Həmin kombinat Əmlak Komitəsinin balansındadır və sədr Kərəm Həsənovla Əhəd Abıyev arasında açıq savaş gedir. İH-in açıqlamasından sitat:
“Başçı Daşkəsən “Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsinin gecikdirilməsini, bəzi şəxslərin kombinatda böhran yaratdığı üçün işçilərin əmək haqlarının verilməməyinin səbəblərini, müəssisədə ciddi maliyyə problemlərinin yaranması və külli miqdarda vəsaitin mənimsənildiyini çıxışında açıqladıqdan sonra ona qarşı qara “piar” kampaniyasına start verilib”.
Vurğulanır ki, aprel qazisinin sosial problemini siyasiləşdirən və məmurlarla savaşına bağlayan Ə.Abıyev gəncin adından sui-istifadə edir.
Halbuki, sağlamlığını itirən bu gənc mənzil probleminin həllini xahiş edir və üzləşdiyi dələduzluqdan bəhs edir.
Ancaq İH-nin açıqlamasından belə nəticə hasil olur ki, Ə.Abıyev kombinat məsələsini açıq şəkildə dediyi üçün kimlərsə aprel qazisini məqsədli şəkildə təlimat verərək mətbuata çıxarıblar.

az24.org


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ