yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Xaçmazda səyyar qəbul keçirilib

Xaçmazda səyyar qəbul keçirilib
23-02-2018, 14:12 209 dəfə baxılıb

Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş belə sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, müxtəlif səbəblərdən rayon mərkəzinə gələ bilməyən ucqar kəndlərin sakinlərinin müraciəti əsasında, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə növbəti belə tədbir Xaçmaz Rayon Polis Şöbələrinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Xaçmaz rayonunun Qaraçı kəndində baş tutan tədbir zamanı 65 vətəndaşın sənədləri qəbul edilib. Cari ilin əvvəlindən keçirilən səyyar xidmətlər nəticəsində Xaçmaz rayonunun 12 müxtəlif kəndində sakinlərə ümumilikdə 750 yeni vəsiqələri təqdim olunub.
Bu sahədə müvafiq tədbirlər Siyəzən Rayon Polis Şöbələrinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşları tərəfindən həyata keçirilir. 2018-ci ilin ilk iki ayı ərzində 64 vətəndaşın sənədləri yenilənib.
Şəxsiyyət vəsiqələrini alanlar arasında azyaşlılar və ilk dəfə belə sənədlə təmin edilənlər də olub.
Belə tədbirlər digər kəndlərdə də davam etdiriləcək.

Nizam Həmidov
polis leytenantı
Xaçmazda səyyar qəbul keçirilib
Xaçmazda səyyar qəbul keçirilib
Xaçmazda səyyar qəbul keçirilib


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-08-2018


17-08-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ