SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları təşkil olunub

Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları təşkil olunub

Tarix:

19-02-2018, 10:14

/ 1 260 dəfə oxundu.
Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları təşkil olunub

Prezident cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə yerlərdə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir.

Ölkə başçısının tapşırığına uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Horadiz şəhərində, Zobucuq qəsəbələri ərazisində, Dörd yol adlanan ərazidə və Qayıdış qəsəbələri ərazisində əvvəlcədən müəyyən olunmuş yerdə kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilmişdir. Novruz bayramı ərəfəsində təşkil olunan yarmarkaya mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz, ərzaq və digər kənd təsərrüfatı məhsullar çıxarılmışdır. Yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilmişdir.

xalqxeber.az xəbər verir ki, yarmarkada rayonda istehsal olunan ət və süd məhsulları, ev quşları, yumurta, meyvə tərəvəz, göyərti, şirniyyat və çərəzlər bazar qiymətlərindən 15-20 faiz aşağı qiymətə alıcılara təklif edilmişdir. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Horadiz şəhərində təşkil olunan yarmarkaya baş çəkmiş, alıcı və satıcılarla söhbət etmişdir. Alıcılar məhsulların keyfiyyətindən və qiymətlərin bazarlara nisbətən ucuz olmasından razılıqlarını bildirmiş, bu cür yarmarkaların mütəmadi təşkil olunmasını vurğulamışlar.

Kənd təsərrüfatı məhsullarının satış yarmarkaları insanların rahatlığını təmin etmək, ərzaq malları və kənd təsərrüfatı məhsullarına olan tələbatının daha dolğun ödənilməsi, süni qiymət artımının qarşısının alınması məqsədi ilə Novruz bayramına kimi hər həftənin şənbə və bazar günləri əhalinin sıx məskunlaşdığı 4 istiqamətdə təşkil olunacaqdır.
Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları təşkil olunub
Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları təşkil olunub
Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları təşkil olunub

Şərhlər

XƏBƏR LENTİ