yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"Onun fikiri qızımı və məni həbs etdirməkdir..." - ŞİKAYƏT

16-02-2018, 10:07 286 dəfə baxılıb

Ucar rayonu Fizuli küçəsi ev 31 sakini Hüseynova Kəmalə Sədrəddin qızı prezident İlham Əliyevə və ölkənin 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya şikayət ərizəsi ilə müraciət edib. Bir nüsxəsi də Xalqxeber.Az-a daxil olan ərizəni olduğu kimi təqdim edirik:

"Hörmətli Prezident! Hörmətli Mehriban xanım!
Mən oğlu qətlə yetirilmiş yazıq bir anayam.Barəmdə olan cinayət işi üzrə Ucar rayon məhkəməsi mənə və qızım Qumruya şərti cəza təyin etmişdir.Bundan narazı qalan zərəçəkmiş şəxs Şərafət Əliyevanın verdiyi apellyasiya şikayəti təmin olunmadı.Zərəçəkən Şəki Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti təmin olundu və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarıldı.
Zərəçəkən Şərafaət Əliyevanın şikayəti tam əsassızdır.Belə ki, mən zərəçəkənə bu müddət ərzində dəfələrlə hissə-hissə pul ödəmişəm. Maddi imkanımız olmadığı üçün bir dəfəyə ödəyə bilmirəm.Məcbur olub yeməkxanada qabyuyan işləyirəm ki, zərəçəkənə olan borcumuzu ödəyək.Onun fikiri isə qızımı və məni həbs etdirməkdir.Biz isə yazıq və yoxsul adamlarıq.
Bizim ailənin başına gələn müsibətlərə görə bizə köməklik etməyiniz üçün sizə müraciət etməyi qərara aldım.Ucar rayon sakini Əliyeva Şərafət Əzizxan qızından 3000 manat götürdüyümüz sələmi pul şişib 16.490 manat oldu.Mən həmin 3000 manatı ona hissə-hissə iki qat artıq qaytarsamda sələmi olduğu üçün şişib 16.490 manat olmuşdur.Mən həmin pulu götürən zaman qızıl-zinət əşyalarımı girov qoymuşdum ki, onuda geri qaytarmadı.Bununla belə əl çəkməyib məhkəmədə iddia qaldırıb işi öz xeyrinə həll edə bilmişdir.Buna görə Ucar rayon məhkəməsinin 22 may 2015-ci il tarixli qətnaməsinin icrasını qərəzli olaraq icra etməməyimiz əsas gətirilib Azərbaycan Respublikası CM-nin 306.1-ci madəsi ilə qızım Rzayeva Qumru Fəzail qızına və mənə Ucar rayon məhkəməsinin 14 mart 2017-ci il tarili hökmü ilə 1 il 6 ay müddətində şərti azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.Zərəçəkən sələmiçi Şərafət Əliyeva bununla kifayətlənməyib Ucar rayon məhkəməsinin 14.03.2017-ci il tarixli hökmündən apellyasiya şikayəti verdi. Şəki Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin təmin edilməməsinə və Ucar rayon məhkəməsinin 14.03ş2017-ci il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasına dair 11.05.2017-ci il tarixdə qərar çıxartdı.Yenə əl çəkməyib kassasiya şiayəti Verdi.Onun kasasiya şikayəti təmin olundu və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarıldı.
Bizim ailəmiz çox narahatıq ona görə ki, Şərafət Əliyeva bizi hədələyir ki, sizi həbs etdirəcəm.Ancaq biz ümüdümüzü üzməmişik ona görə ki, Azərbaycanın Sizin kimi mərhəmətli, ədalətli və humanist insanlar var.Oğlum İslam 15 fevral 2017-ci il tarixdə qətlə yetirilmişdi.Mən öğlu ölmüş ağbirçək ana Bakı şəhərində qabyuyan işləyib qazandığım puldan həm zərəçəkmiş Şərafət Əliyevaya göndərirəm, həm də öldürülmüş oğlumun yetim qalmış körpəsinə baxıram.Bilmirəm oğlumun ölümünün dərdin çəkim yoxsa bu sələmiçinin bizə qarşı etdiyi haqsızlığın.Bu adam çox haqsızlıq etdi. Düzdür artıq ortada qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsi var.Tələbkar Əliyeva Şərafət Əzizxan qızına olan 16.490 manat pul borcunu ödəmək üçün Ucar rayonunda yerləşən evimizi satmaq üçün elanlar vermişik.Bizim məqsədimiz həmin evi satıb zərəçəkənin pulunu tam ödəməkdir.Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşırıq.Biz o bir olan Allaha və sizə inanırıq.And olsun O bir olan Allaha və müqəddəs Qurana ki. Şərafət Əliyeva bizə cəmi 3000 manat pul vermişdir onuda sələmi ilə.Sizdən xahiş edirik bizə kömək edin ki, bizi həbs etməsinlər. Qızım Qumru ailəlidir.Bu şikayətə görə çox-çox narahatdır.Əgər onu həbs etsələr intihar edəcək.Çox həyacanlıyıq.
İnanırıq ki, məhkəmə kollegiyası əvvəllər məhkum olunmadığımızı, zərəçəkmiş şəxsə olan borcumuzu hissə-hissə ödəməyimizi, qadınlığımızı və digər yüngülləşdirici halları nəzərə alıb bizə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edəcək.
Hörmətli Prezident! Hörmətli Mehriban xanım!
Sizdən çox-çox xahiş edirəm bizə kömək edin ki, zərəçəkən Şərafət Əliyeva bizi həbs etdirmək niyyətini həyata keçirə bilməsin.Biz söz veririk ki, ona olan borcu ödəyəcəyik. Bizim ailə 11 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti seçkisində layiqli namizəd İlham Əliyev cənablarına səs verəcəyik.Allah sizi qorusun.
Əlaqə telefonu; (055) 856-49-33
İmza; Hüseynova Kəmalə Sədrəddin qızı"

Qarşı tərəfi də dinləməyə hazırıq...


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , meni, fikiri, ShKAYET, Onun, hebs, ve, qizimi, etdirmekdir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-08-2018


17-08-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ