SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Baytarlıq rəisindən hiylə: Azər Süleymanov Göyçaya çağrıldı

Baytarlıq rəisindən hiylə: Azər Süleymanov Göyçaya çağrıldı

Tarix:

14-02-2018, 12:59

/ 2 619 dəfə oxundu.
Baytarlıq rəisindən hiylə: Azər Süleymanov Göyçaya çağrıldı

Göyçayda işgüzar insanlar tərəfindən yaradılmış, hər birində 10 000 ədəd toyuq saxlayan fermerlər ciddi kələklə qarşılaşıblar

Əldə etdiyimiz xəbərə görə, fermerlər Göyçay Baytarlıq İdarəsinin hiyləsinə tuş gəliblər.
Onlar fermalarda baş verən xəstəliklərin aradan qaldırılmasında, qarşısının alınmasında bu idarəyə müraciət edərkən zərərə düşüblər.
Baytarlıq İdarəsinin qeyri-peşəkar baytarlarının səhv müalicəsi səbəbindən toyuq-cücələr tələf olub, fermerlər xeyli maddi ziyana düşüblər.
İdarənin müdiri Ülvi Həsrətovla əlbir olan Mətanət Qasımova adlı idarə işçisi fermerləri aldatmaqda ittiham olunurlar.
Göyçay Baytarlıq İdarəsi rəisi işçilərinin əmək haqlarının da bir hissəsinə əl qoymaqda suçalnır.
Onların maaşından "rayon tədbirləri","nazirlik tədbirləri "adı altında xərac yığaraq mənimsəmək ikinci qazanc mənbəyidir. O cümlədən fermerlərin toyuqlarının müalicəsi adı ilə yaxşı pul götürməyi bacarır.
Göyçayda heyvan dərmanlarının və preparatlarının satışını konkret monopoliyaya alaraq, ağalıq edirlər. Yəni, onlardan başqa bu işə baş qoşan adamların biznesi, mütləq uğursuzluğa məruz qalır.
Təkrar yəni,kiminsə gətirdiyi dərman və preparatlar xarab çıxarılır və sonda həmin millət nümayəndəsi suyu süzülə-süzülə "döyüş meydanını" tərk edir.
Amma, bu monopolistlərin satdıqları keyfiyyətsiz dərmanlar ucbatından qırılan toyuq-cücələrin hesabını soran, nədənsə yoxdur.
Günahı yazıq "epidemiyanın " üstünə yıxmaq isə bu baytarlıq professorlarının əlində iki vuraq ikidir.
Sosial şəbəkələrdən əldə etdiyimiz xəbərə görə, fermerlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisi Azər Süleymanova müraciət ediblər.
Göyçay Baytarlıq İdarəsinin müdiri Ülvi Həsrətovun vəzifədən çıxarılmasını tələb edən fermerlərin sözlərinə görə, onun fəaliyyəti araşdırılmalıdır.
Ü.Həsrətov deyəsən, idarəyə yeni təyin olunub. Ondan qabaq Ağadadaş Hacıyev idarənin rəisi olub. Onun da adı rüşvətxorluqda hallanırdı.
Göyçay Rayon Baytarlıq Xidmətinin rəisi Ağadadaş Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib öz şəxsi maraqlarına görə 3 ailənin yeganə qazanc yeri olan baytarlıq apteki bağlatmışdı.
Ağadadaş Hacıyevə məxsus Göyçayın mərkəzində, Qarabaqqal və Çayarxı kəndlərində möhtəşəm villaları, Konyak zavodunun yaxınlığında böyük ticarət obyektini, İsmayıllı rayonunda 1000 başdan çox qoyun sürüsü olan fermasını, 100 hektarlarla torpaq sahələrinin hamısı çirkli pullarla əldə edilib. İndi də Ü.Həsrətov ondan geri qalmır.
Səhiyyə Nazirliyinə, Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisinə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət edən fermerlər təcili araşdırma aparılmasını xahiş edirlər.

Qarşı tərəfi dinləməyə hazırıq.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ