SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabad telekomunikasiya qovşağında oliqarx kabusu

Cəlilabad telekomunikasiya qovşağında oliqarx kabusu

Tarix:

6-02-2018, 10:06

/ 3 511 dəfə oxundu.
Cəlilabad telekomunikasiya qovşağında oliqarx kabusu

Bu günlərdə Cəlilabad rayon telekomunikasiya qovşağı ilə bağlı bir qrup rayon sakini adından mediada şikayət dərc olunmuşdu. Sakinlərin dediklərinə inansaq,Rayon Telekomunikasiya qovşağına rəhbərlik edən Sakit Şirəliyev vəzifəyə gətiriləndən sonra bir çox qanunsuzluqlara imza atıb. Xəbərlərdə Sakit müəllimin bəzən idarəyə müraciət edən sakinlərlə də kobud olmasından bəhs olunurdu. Həmin şikayətdən bir hissəni olduğu kimi diqqətinizə çatdırırıq: “Yanvar ayının 23-də rayonun Sabir abad kənd sakini, evindəki telefon xəttinin yaxşılaşdırılması üçün qovşağın rəisinə müraciət etsə də, rəhbər tərəfindən kobudluqla qarşılanmış, təhqir olunaraq otaqdan qovulmuşdur. Kənd sakininə lazım olan 70 metr uzunluğunda xətt əslində pulsuz verilməli olsa da bu Sakit müəllim tərəfindən sakit olmayan tərzdə rədd edilmişdir”.
İddialara görə bu şikayətdə yer alan qanunsuzluq ilk fakt deyil. Cəlilabad rayon telekomunikasiya qovşağının rəhbərliyi tərəfindən əhaliyə pulsuz verilməli olan naqil, qeyri-qanuni olaraq metri 30 qəpikdən satılır. Məlumatda o da deyilir ki, Sakit Şirəliyevin rəhbərliyi dövründə idarənin işçiləri tərəfindən bir-birinə olunan hörmət və isti münasibətlər də sozalıb, qarşıdurmalar hökm sürür. Eyni zamanda Sakit müəllimin iş vaxtı günün çoxunu rayonda fəaliyyət göstərən “Cənub” restoranında olduğu da deyilir. Restorandakı daimi oturduğu kabinetini isə tabeçiliyində olan işçilər rəisin Telekomunikasiyadakı kabinetinin filialı kimi təqdim edirlər. Bildirək ki, Ş.Şirəliyevin fəaliyyəti ilə bağlı bu ilk iddia detil. Belə ki, cumhuriyyet.az olaraq media üzərindən apardığı araşdırmalar zamanı digər ilinc məlumatlar da üzə çıxıb. Məsələn bir müddət öncə rayonun Günəşli kəndinə gedən optic kabeli Cəlilabad şərab zavodu tərəfindən qırılmış və zavodun direktoru Mustafa müəllim dövlətə dəyən ziyanı qarşılamaq üçün 800 manat nağd pul ödəyib. Lakin S. Şirəliyev ödənilmiş 800 manatın mənimsəyərək məsələyə fərqli don geyindirib ki, güya, kabel naməlum şəxslər tərəfindən məhv edilib. Amma sonradan məsələ ictimailəşib və vəziyyətin gərginliyini nəzərə alan rəis dərhal 300 manatı TKQ xəzinəsinə köçürüb. Amma maraqlıdır ki, mənimsənilən vəsaitin 800 manatının 300 manatı kabeli sıradan çıxardan təşkilatın adına deyil, Cəlilabad TKQ-nin baş mühasibi Araz İbrahimovun adına rəsimləşdirilib. Əslində, dəyilmiş ziyan Aztelekom tərəfindən təsdiq edilmiş smeta əsasında kabeli sıradan çıxaran şəxs və ya təşkilat tərəfindən qovşağın rayon poct filalında olan hesaba ödənilməli idi.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini yayınlamağa hazırıq.

cumhuriyyet.az

Şərhlər

XƏBƏR LENTİ