SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » AMEA katibi və iki deputatın Elmar Vəliyevin bazarında biabırçılığı

AMEA katibi və iki deputatın Elmar Vəliyevin bazarında biabırçılığı

Tarix:

6-02-2018, 09:56

/ 2 307 dəfə oxundu.
AMEA katibi və iki deputatın Elmar Vəliyevin bazarında biabırçılığı

Fevralın 3-də AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, deputatlar Pərvin Kərimzadə və Naqif Həmzəyev “Grand Qafqaz” Ticarət Kompleksində olub, yaradılan şəraitlə maraqlanıblar
Sosial şəbəkələrdə gedən xəbərlərə istinadən verdiyimiz məlumata görə, polisin əhatəsində ticarət mərkəzini gəzən AMEA katibi və deputatlar bu ekskursiyanı yenigence.com adlı bir saytda tirajlayıblar.
AMEA katibi və iki deputatın Elmar Vəliyevin bazarında biabırçılığı
Onlar “Grand Qafqaz” Ticarət Kompleksində mağazaları gəzib, satıcılar, alış-verişlə tanış olublar. Fotolardan isə görünür ki, bazarda nə alıcı var, nə də müştərilər...
Polisin mühafizəsində bazara gələn iki deputat və bir elm adamı xalqla təmasdan qaçaraq şəkil çəkdirmək xatirinə özlərini nümayiş etdiriblər. Amma kimə?!
Məsələni ordan nəql etməyə başlayaq ki, sözügedən bazar Gəncənin icra başçısı Elmar Vəliyevə məxsusdur və parlamentdə işləyən oğlu Elmir Vəliyev tərəfindən idarə olunur.
Gəncənin köhnə bazarından ticarətçiləri ticarət mərkəzinə sürgün edən icra başçısı böyük narazılıq yaratmışdı. Çünki köhnə bazarda qiymətlər münasib, şəhərin mərkəzinə yaxın, yer haqları normal idi.
Ancaq sahibkarların şikayətinə məhəl qoymadılar və onları zorla təzə bazara köçürdülər. Alverçilər isə təzə bazarın uzaqlığı və yer haqlarının bahalığına getmirdilər.
Nəticədə bazarın kənarda olmasına görə müştərilər gəlmir, bazarda ölü sükut hökm sürür. Lakin son sözü E.Vəliyev deyib və sahibkarları məcburi köçürüblər.
Həmin ərəfədə isə nədənsə millətin vəkilləri olan N.Həmzəyev və P.Kərimzadə bircə dəfə sahibkarlarla görüşmədilər, şikayətlərini dinləmədilər. Amma E.Vəliyevin bazarına qaça-qaça gəliblər. Belə deputatlıq olmur axı?!
İşin rəzalət tərəfi ondan ibarətdir ki, deputatlar və AMEA nümayəndəsi bazara polisin müşayiəti ilə gəliblər. Görəsən kimdən, nədən ehtiyat edirlər? Nə üçün xalqın qabağına çıxmırlar?
İnsafən, Qənirə Paşayeva, Aqil Abbas, İmamverdi İsmayılov, hətta saytımızda tez-tez tənqid olunan Hadı Rəcəbli vətəndaşlarla görüşə polisin müşayiəti ilə getmirlər.
Onların təmsil olunduqları rayonların icra başçılarının xidmətində dayandığını görə bilməzsiniz. Sadəcə, rəsmi tədbirlərdə bir araya gəlirlər.
Fəqət, N.Həmzəyev və P.Kərimzadə E.Vəliyevin bazarına qaçaraq gediblər ki, reklam etsinlər. Heç o da məlum deyil ki, bazarda bahalıqdır ya ucuzluq.
Amma vətəndaşların qayğısını çəkən bir millət vəkili Gəncədəki məcburi köçkün ailəsinə baş çəkə bilərdi, bazardan köçməyə etiraz edən ticarətçinin şikayətini dinləyərdi.
Seçicilərin belə tanımadığı P.Kərimzadə və N.Həmzəyev isə E.Vəliyevin qulluğunda dayanaraq onun bazarını gəziblər.
Gəncədə yayılan xəbərlərə istinadən verdiyi məlumata görə, AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyevin bazarla tanış olmaq istəməsinin səbəbi müəmmalıdır. Elm adamının bazarda nə işi ola bilər?
AMEA-nın akademiki Akif Əlizadənin Gəncə bölməsinin akademiki F.Əliyevin icra başçısının bazarında gəzintisindən xəbəri varmı?
Polisin müşayiəti ilə ticarət mərkəzinə gələrək qeyri-səmimi fotolar çəkdirmək. tanınmayan bir saytda tirajlamaq nəyə xidmət edir?
Əgər bazarda şərait yaxşı və qiymətlər ucuzdursa, bunu Gəncə sakinləri təsdiqləyə bilər.
Elm adamı və iki deputatın polisin əhatəsində bazara gedərək guya təftiş aparmasına heç bir ehtiyac yox idi.
P.Kərimzadə və N.Həmzəyev Gəncədə kasıb bir ailənin yuvasına baş çəkərək. soyuducusunu açaraq bir millət vəkili kimi seçicisinin halını öyrənə bilərdi.
Lakin onlar E.Vəliyevin bazarını reklam etməyə üstünlük veriblər. Ümumiyyətlə, Gəncədə ən çox N.Həmzəyev haqda danışırlar.
Deyirlər ki, bu gənc adam ölkənin ikinci, əzəmətli¸tarixi şəhərində deputat olmağı haqq etmir. Onsuz da seçicilərlə maraqlanmır, vətəndaşlarla görüşmür, bazar reklamı ilə məşğuldur.
Çünki onun fəaliyyəti icra başçısının keşiyində durmaq, tapşırıqlarını yerinə yetirməkdir. Sanki millət vəkili deyil, icra nümayəndəsidir və ya bələdiyyə sədridir.
P.Kərimzadə, N.Həmzəyev və F.Əliyev xalqın yanında olsaydı, bazarda işləyənlərin qayğısına qalsaydı, E.Vəliyev bazarı köçürəndə narazılıq edənlərə görüşərdilər.
Əgər millət vəkilləri və akademiyanın katibi Qarabağ əlilinin, şəhid ailəsinin evinə gedib onlara köməklik göstərsəydi, şəkil çəkdirib tirajlasaydılar daha sanballı olardı.
Amma E.Vəliyevin müştərisiz, soyuq şəraitdə olan bazarını bəh-bəhlə təriflədiblər, onun oğlunun nəzarətində olan obyekti reklam ediblər. Nəticədə yüzlərlə sahibkara, ticarətçiyə vurulan zərbə araşdırılmamış qalır.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ