SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Fazil Məmmədovun daha bir kadrı hədəfdə – Hesablama Palatası İcra Hakimiyyətini yoxlayır

Fazil Məmmədovun daha bir kadrı hədəfdə – Hesablama Palatası İcra Hakimiyyətini yoxlayır

Tarix:

5-02-2018, 12:39

/ 1 856 dəfə oxundu.
Fazil Məmmədovun daha bir kadrı hədəfdə – Hesablama Palatası İcra Hakimiyyətini yoxlayır

1999-cu il iyun ayının 20-dәn Baş Dövlәt Vergi Müfәttişliyinə, 2000-ci il fevral ayının 11-dәn isə Azәrbaycan Vergilәr Nazirliyinə rəhbərlik edən Fazil Məmmədovun 2017-ci il dekabrın 5-də qəflətən vəzifəsindən uzaqlaşdırılması ölkə gündəmində şok effekti yaratdı. 18 illik vəzifə kreslosundan uzaqlaşdırılan sabiq nazirin vəziyyətinin ürəkaçan olmadığı bildirilir. Ona yaxın çevrənin Modern.az-a verdiyi məlumata görə, F.Məmmədov ağır xəstəliklərinə rəğmən içkiyə qurşanıb.
Məlumatlara görə, vəzifəsindən qəfil kənarlaşdırılmış Fazil Məmmədovun kadrlarının da başı üzərini qara buludlar alıb. Mikayıl Cabbarovun müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşının tutduğu vəzifədən azad edilərək nazirliyin sərəncamına götürülməsi deyilənlərin əyani sübutudur.
Nazirlikdəki rəhbər heyət göndərildikdən sonra sıranın Fazil Məmmədovun kadrlarının kurasiyasında olan rayonların icra başçılarına çatacağı vurğulanır. Sabiq vergilər nazirinin kadrlarının rəhbərlik etdiyi rayonların sırasına paytaxtın Binəqədi rayonu, Fazil Məmmədovun ata yurdu Şəmkir, onunla qonşu olan Gədəbəy və İsmayıllı rayonları daxildir.
Daxil olan məlumata görə, hazırkı hədəf İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovdur. Hökumətdəki mənbədən daxil olan məlumata görə, Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq İcra Hakimiyyətində audit yoxlamalarına başlayır.
Bəzi məlumatlara görə, məsələnin qəlizliyini anlayan, icra başçısı nöqsanları ört-basdır etmək üçün müxtəlif yollar axtarır. Məsələylə bağlı icra başçısı ilə əlaqə saxladıq. O isə “anam rəhmətə gedib, indi yasdayam, mənə zaman verin” deyərək telefonu qapatdı. Növbəti günlərdə isə cənab başçı ilə bir daha danışmaq mümkün olmadı…

Şərhlər

XƏBƏR LENTİ