SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əhəd Abıyev “Zənbil” market şəbəkəsi açıb

Əhəd Abıyev “Zənbil” market şəbəkəsi açıb

Tarix:

5-02-2018, 10:52

/ 3 748 dəfə oxundu.
Əhəd Abıyev “Zənbil” market şəbəkəsi açıb

Daşkəsən kimi sərvətlərlə zəngin bölgə məmur tapdağı altında inildəyir. Bu dağ əyalətində istirahət mərkəzləri, obyektlər rayon rəhbərinin nəzarətindədir.

AzEuroNews.com–a verilən məlumata görə, Daşkəsənin icra başçısı Əhəd Abıyev rayonun əksər restoranlarına əl qoyub
Hazırda Narzan, Xoşbulaq kimi səfalı guşələrdə fəaliyyət göstərən restoranlar icra başçısına aylıq xərac verməsə işləyə bilmirlər.
Sahibkarlarla ünsiyyətdə kobudluğu ilə seçilən, şikayətçiləri qapıdan qovduran və müavini Namiq Süleymanova böyük “səlahiyyət”lər verən icra başçısını Daşkəsəndə tapmaq çətindir.
N.Süleymanov isə rayonda “meydan sulayır”. Daşkəsən onlarla hesablaşmadan bir iaşə obyekti açmaq mümkün deyil.
Ə.Abıyevin tez-tez Bakıda və Gəncədə olduğu, Gürcüstana getdiyi söylənir. Onun prezidentin təyinatından narazı qaldığı, ucqar olmayan rayonlardan birinə icra hakimi getmək istədiyi deyilir.
Bundan əlavə, Ə.Abıyev Daşkəsən market biznesinə girişib ki, heç kəsə aman vermir. Rayonda açılan “Zənbil” market şəbəkəsinin icra başçısına aid olduğu xəbər verilir.
Daşkəsənin müxtəlif istiqamətlərində fəaliyyət göstərən “Zənbil” market icra başçısının xurcunu, zənbilini doldurmağa xidmət edir.
Rayonun büdcə pulları, şəxsi biznesi hesabına imkanlarını genişləndirən Ə.Abıyev Daşkəsəndə işlədiyi dövrdə heç bir yenilik etməyib. İcra başçısı yalnız RİH-nin təzə binasını tikdirib, “Versal” otel inşa etdirib.
Qeyd edək ki, iddialara görə, Ə.Abıyevin öz kabinetində hökumətin siyasətindən, prezidentin təyinatından narazılığı, ayrı-ayrı məmurlar haqda çıxışları audio lentə alınıb və yuxarılara təqdim olunub. Bu dosye əsasında araşdırmalar aparılır və Daşkəsənə yeni icra başçısı təyin oluna bilər.

► Mövzu ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, suallarımız cavabsız qaldı.
Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ