yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Göygöl rayon musiqi məktəbi korrupsiya “bataqlığında boğulur”

Göygöl rayon musiqi məktəbi korrupsiya “bataqlığında boğulur”
2-02-2018, 13:57 676 dəfə baxılıb

Rayonun Xəqani kənd uşaq musiqi məktəbinin direktoru Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərsə də, dediyinə görə dəstəyi Arif Seyidovdan alır...

Bir müddət öncə “Gündəm Xəbər”in Qərb bürosuna Göygöl rayonunun Xəqani kənd uşaq musiqi məktəbinin müəllimləri direktor İradə Kamal qızı Bağırovadan şikayət edərək onların səsini lazımi instansiyalara çatdırmağımızda köməklik etməmizi xahiş etmişdilər. Xatırladaq ki, ötən tədris ilinin başlanğıcında da həmin məktəbdən redaksiyamıza şikayət daxil olmuşdu. Şikayətçi bildirmişdi ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən işə qəbulla bağlı keçirilən test imtahanından keçdikdən sonra, onu nazirlik müvafiq olaraq Xəqani kənd uşaq musiqi məktəbinə müəllim təyin etmiş və məktəbə gələn kimi isə məktəbin direktoru İradə Bağırova onu qəbul edərkən “nə olsun testdən keçibsən, hələ mən varam. 5000 manat mənə verməsən səni qəbul etməyəcəm”, deyərək ağlatmış, o da məktəbi tərk etdikdən sonra “Gündəm Xəbər”ə müraciət etmişdir. Daha sonra həmin insident aradan qaldırılsa da direktor artıq o zamandan müəllimə ilə necə deyərlər , düz dolanmır, hazırda müəllimənin hamilə olmasını nəzərə almadan ona hələ də hücumlarını davam etdirməkdədir. Bir müddət öncə yenidən redaksiyamıza daha bir informasiya daxil olur. Belə ki, məktəbin direktoru İ.Bağırova müəllimlərin dərs saatının azalması ilə bağlı, “nazirliyin büdcəsində pul yoxdu, dərsləriniz Mədəniyyət və Turizm nazirliyi tərəfindən azaldılıb”, deyə açıqlama verdikdən sonra “mənim sizə verməyə dərsim yoxdur” deyən direktorun məlum olur ki, əlinin altında 20-yə yaxın, bəlkə az və ya çox şikayətçilərin dili ilə desək, "myorvuları" yəni "ölü canları" varmış. "Ölü canlar"ın əksəriyyəti isə toylarda, el şənliklərində olan müəllimlər və digərləridir ki, maaş kartlarının direktorda olması iddia olunur. Müəllimlərin dediyinə görə, hələ ötən il musiqi məktəblərinin regionlarda birləşməsindən az öncə adı gedən məktəbdə maliyyə yoxlaması aparılmışdı. Maliyyə müfəttişinin apardığı yoxlama zamanı mütəmadi dərsə gələn müəllimlər həmin arada adı maaş cədvəlində keçən, amma tanımadıqları işçilərlə qarşılaşmışdılar. Sən demə, gənc mütəxəssislərə , eləcə də müəllimlərə “nazirlik dərs saatlarını kəsib, mən sizə dərsi hardan alım?” desə də özünə yetəri qədər dərs saatı saxlayıb, "ehtiyatda" olan müəllimlərinə yaza bilib. Hətta məlum olur ki, məktəbin direktoru İradə Bağırova adı işdə özü isə Rusiyanın paytaxtı Moskvada olan İlhamə Alməmmədova adlı işçinin adına belə dərs yazaraq maaşını mənimsəməkdən çəkinməyib. Şikayətçilərin dediyinə görə, "mən prokuror qızıyam ", daima "mənim məktəbim" sözlərini işlədərək demək olar ki, hər gün səs-küyündən məktəbdə qulaq tutulan direktorun müəllimlərin üzərinə hüçum çəkməsi bəs deyilmiş kimi hələ üstəlik məktəbdə musiqi müəllimi kimi adı gedən qızı Aygül də orada hegemon mövqe tutur. Müəllimlərin şikayətində deyilir, həm direktorun , həm də adı işdə olsa da yalnız işinin adı anasının kabinetində oturub müəllimlərə göstəriş verən direktor qızının əsarətindəyik.
Müraciət etmədiyimiz yer qalmasa da qalmaqallardan yaxa qurtara bilmirik. Redaksiyamıza daxil olan məlumatda deyilir, biz müəllimlər məktəbə işləmək üçün deyil, direktorun hər gün müxtəlif bəhanələrlə kiminsə üzərinə hücum çəkməsi səhnəsi ilə işə başlayıb və hər gün dava-dalaşla işi başa vururuq. İradə Bağırovanın məktəbə neçə rəhbərlik etməsi, işçilərin hətta o qışqırarkən əksəriyyətinin pərişan olmasının, ağlayaraq evə getməsi artıq nəinki, məktəbdə, məktəbdən kənar dairələrdə belə məlum olsa da ona ciddi irad tutaraq musiqi məktəbinin kollektivinin aqibətinə münasibət bildirən hələ ki yoxdur.
Məlumatlarda deyilir, hətta ötən il məktəbə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən işə qəbul üçün keçirilən test imtahanını müvəffəqiyyətlə keçən gənc mütəxəssislərdən birinin direktorun qəfil qışqırdıqda halı pərişan olur, daha sonra belə mühitdə işləyə bilmədiyini anlayıb, işdən ayrılır.
Daxil olan məlumatdan o da məlum olur ki, adı gedən məktəbdə korrupsiya, rüşvət tüğyan etməsindən, məmur özbaşınalığından demək olar ki, bir çox aidiyyatı qurumların xəbəri olsa da məsələyə aydınlıq gətirilmir. Görünür, müəllimlərin üzərinə yazılan dərs saatlarının pulunun maaş alınarkən yığılaraq direktora verilməsi , onun isə həmin vəsaiti dediyinə görə “yuxarılara ötürürəm”, deməsi bir çoxlarını narahat etsə də hələ də adı gedən məktəbdə sular durulmur. Görünür, məktəbin direktoru İradə Bağırovanın ya prokuror qızı olmasından çəkinilir, ya da özünün dili ilə desək, Göygöl rayonunun İcra başçısı Arif Seyidova arxayındı.

P.S. Əldə etdiyimiz məlumatda Xəqani kənd uşaq musiqi məktəbinin müəlliminin Azərbaycan sərhədlərindən kənarda, yəni Moskvada olması ilə bağlı məlumatı redaksiyaya kimin ötürməsini arayıb axtaran Xəqani kənd uşaq musiqi məktəbinin direktoru İradə Bağırovanın səs yazısını bizi izləyənlərə təqdim edirik:

P.S.S Səs yazısından məlum olur ki, məktəbin direktoru İradə Bağırova səs yazısı olan müəllimədən ona dərs saatı ayırmaq üçün 500 manat almış, sonradan onu redaksiya ilə əlaqə saxlamaqda suçladığından ona aldığı pulu qaytaracağını və verdiyi dərsi də geri alacağı ilə hədələmişdir.
"Gundemxeber.net"


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: rayon, bogulur, mektebi, Goygol, bataqliginda, korrupsiya, musiqi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ