yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Əhmədzadənin kadrının milyonluq su biznesi -NEFTÇALADA

Əhmədzadənin kadrının milyonluq su biznesi -NEFTÇALADA
2-02-2018, 12:35 401 dəfə baxılıb

Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovun qanunsuz hərəkətləri, işındə yol verdiyi nöqsanlarla bağlı redaksiyamıza rayon sakinləri tərəfindən şikayət xarakterli müraciət daxil olub.

Neftçaladan bir qrup balıq yetişdirən sahibkar saytımız vasitəsi ilə ölkə rəhbərliyinə müraciət edərək Elçin Əsədovun onları “soğan qabığı kimi soymasına” “dur”, deyilməsini xahiş edirlər.
Qeyd edək ki, Neftçala rayonu ölkənin balıqla təminatında əsas yerlərdən birini tutur. Yəni bu çox vacib ərzaq məhsulunun yetişdirilməsi və insanlarımızın süfrələrinə çatdırılması üçün çalışırlar. Yetişdirilən balığın böyük əksəriyyət hissəsi isə süni gölməçələrdə yetişdirilir.Balıq mövsümü başlayanda sahibkarlar gölməçələrə kiçik balıqları buraxırlar. Təbii ki, balıqları suya buraxmaq üçün gölməçələrə su vurulmalıdır. Lakin balıq yetişdirən və ölkəni kənd təsərrüfatı malları ilə təmin edən sahibkarlar qanuni yolla bu gölməçələrə su vura bilmirlər . Çünki Neftçala Suvarma Sistemləri İdarəsi onlara su verməkdən imtina edir. Tələb isə çox konkret və açıqdır.Balıq yetişdirilən gölməçələrə su vurulması üçün hər bir hektara görə 200 manat pul istəyir. Pulunu verən suyunu alır, verə bilməyən isə ala bilmir. Hər şey bu qədər bəsit və bu qədər konkretdir.
Xatırladaq ki, Neftçala rayonunda balıq yetişdirmək üçün 10 min hektardan artıq süni gölməçə fəaliyyət göstərir. Hər bir sahibkar rentabelli işləmək üçün minimum 50 hektarı əhatə edən süni gölməçədə balıq yetişdir. Və adi riyazi hesablama da göstərir ki, 50 hektar süni gölməçəni suyla doldurmaq üçün sahibkar Elçin Əsədova 10 min manat verməlidir. Toplam rəqəm isə 2 milyon manatdan artıq edir. Etiraf etməliyik ki, hər bir sahibkarın dövlət rüsumundan savayı Elçin Əsədova bu qədər pul verməyə zorlanması son nəticədə balığın bazarda çox bahalaşmasına səbəb olur. Və hər bir sahibkar tələb olunan bu pulu ödəyə bilmir. Yəni faktiki olaraq sahibkarı “soyub soğan qabığına göndərən” Elçin əsədov həm də balığın bazarda ən azından 80-90% bahalaşmasına yol açır.
Kənd təsərüffatının inkişafı birbaşa Melorasiya və Su Təsərüffatının fəaliyyəti ilə ölçülür. Təəsüflər olsun ki, Neftçla S.S.i-nin rəisi Elçin Əsdovu belə bir faktor maraqlandırmır. İdarənin daxilindən sızan məlumatlara inansaq Elçin müəllim Melorasiya və Su Təsərüffatı ASC-nin sədri Əhməd Əhmədzadəyə arxalanıb. Görünür, idarə rəisi öz növbəsində gəlirin 20%-ni yuxarıya ötürülməsini unutmur.
Təbii ki, Əhməd Əhmədzadə belə bir “kadırı” müdafiə etmək üçün hər bir vasitələrdən istifadə edir. Unutmaq lazım deyil ki, qanun qarşısında cavab vermək Elçin Əsədov üçün böyük risk olacaq. Ulu Öndər Heydər Əliyev demişdir: Dövlət iki şeydən sarsıla bilər; günahkar cəzasız qalanda və günahsız cəza alanda.

nia24.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: su, milyonluq, biznesi, Ehmedzadenin, NEFTChALADA, kadrinin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ