yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Qazax rayon Mərkəzi xəstəxanasında özbaşınalıq qanusuzluq baş alıb gedir

Qazax rayon Mərkəzi xəstəxanasında özbaşınalıq qanusuzluq baş alıb gedir
1-02-2018, 10:53 455 dəfə baxılıb

Hamıya məlum olduğu kimi Prezident İlham Əliyevin müvafiq göstərişləri əsasında regionlarda səhiyyə ocaqlarının yenidən qurulması və dünya standartlarına cavab verən xəstəxanaların o cümlədən təhsil ocaqlarının abadlaşdırılması və yenidən qurulması işləri həyata keçirilməkdədir. Bütün görülən işlərə baxmayaraq ölkə rəhbərinin sərəncamları göstərişləri göründüyü qədər çıxış etdiyi tribunada və imzaladığı sərəncamlarda qüvədə qalmaqdadır. Dəfələrlə məmurlara media ilə açıq informasiya mübadiləsində olmaları tapşırığı verilməsinə baxmayaraq yerli strukturlar özünü idarə etmə qurumları nəinki mübadilə heç 100 metr yaxınlığa daxil olmağa imkan yaratmamaqdadırlar. Azərbaycanın Respublikasının regionlarında Səhiyyə Nazirliyinin tərkibinə daxil olan səhiyyə ocaqlarının rəhbərləri və o cümlədən rəhbərlərə tabe şəxslərin media qurumlarının nümayəndələrini araşdırma məqsədlərinə şərait yaratmaması artıq geniş vüsət almaqdadır.
Qazax rayon mərkəzi xəstəxanasında baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza verilən məlmatların dəqiqləşdirilməsi üçün regiona təhkim edilmiş əməkdaşlarımızın xəstəxana rəhbərliyi tərəfindən qəbul edilməməsi artıq bu səhiyyə ocağının şəffavlığını şübhə altına salmışdır. Qeyd edilən xəsətəxananın əsaslı təmirə dayandırılmasından sonra Uşaq xəstəxanasında məskunlaşan RMX-nın səlahiyyətli şəxsləri Doğum evinin baş həkimi Aynur Namazlı əvəlki rəhbərin dövründə qurduğu rüşvət burulğanına məhz yeni təyin edilmiş baş həkimidə təhkim etməyi bacarmışdır desək yanılmarıq. Qeyd edək ki, Qazax Rayon RMX-nın baş həkiminin vəzifədən alınmasından dərhal sonra həmin posta rayon poliklinikasının baş həkimi Sevda Abbas qızı Məmmədova təyin edilib. RMX-nın baş həkimi Sevda Məmmədovanın təyinatından sonra isə Qazax rayon Mərkəzi xəstəxanasında özbaşınalıq qanusuzluq baş alıb getməkdədir.
Beləki, doğum evində ultra səs müayinə aparatında əyləşən Validə adlı qızın UZİ aparatları üzrə mütəxəssis olmaması belə baş həkimi narahat etmədiyi kimi onun üzərindən gəlir əldə etməsi ilə bağlıda məlumatlar daxil olmaqdadır. Səhiyyə üzrə fəaliyyət göstərən şəxslərin təkminləşdirilməsi üçün aparılan işlərdən kənar qalan Qazax səhiyyə ocağının əməkdaşları sanki hansısa mağazaya işə düzəldiklərini sanmaqdadırlar. Müxalif yönlü şəxsləri ətrafına toplayan yeni baş həkim vəzifə başında deyil icra başçısı Rəcəb Babaşovun tədbirlərinin tamaşaçısına çevrilib. Səhiyyə ocağında baş verənlərlə bağlı məlumat almaq istəyən jurnalistlərə isə bir mənalı olaraq İcra başçısı R.Babaşovun göstərişinin olduğunu və heç bir media qurumunun əməkdaşı ilə görüşməmələri tapşırığı verildiyi bildirilib. Əməkdaşımızın redaksiyaya verdiyi məlumatda qeyd edilir ki, Qazax rayon icra hakimiyyətinin Prezidentin göstərişlərindən sonra bu tipli qərar verməsi ölkə rəhbərinin iradəsinə qarşı çıxmaq və rayonda yerləşən Polis İdarəsinin rəisi, Bələdiyyə sədrləri, Təhsil Şöbəsinin müdiri o cünmlədən də Mərkəzi xəstəxananın baş həkimi Sevda Məmmədovanın əsas işləri kənd kənd dolaşaraq icra başçısının bütün çıxışlarında tədbirlərində iştirak etməklə yükunlaşmaqdadır. Özfəaliyyəti məhdud olan idarə müdirlərinin əhali ilə görüşməsi və onların dərdini dinləməsinə hüç cürə vaxt ayıra bilməməsinin əsaslı səbəblərindən biridə R.Babaşovun əhali və media ilə məmur arasında çəkdiyi sərhədlərdir. Əhalinin problemlərinin həll edilməsinə vaxt ayırmayan məmurlar tədbirlərə hər an hazır olduqları isə cəmiyyət tərəfindən bir mənalı qarşılanmamaqdadır.
RMX-nın əsaslı təmirə dayanması bir çox sakini çıxılmaz durula üz-üzə qoyub. Səhiyyə nazirliyi tərəfindən verilən şəkər diabedli xəstələrin dərman pereparatları bəhanələrlə onlara verilməyir. Onlara lazım olan dərmanların təmirə görə olmadığını və apteklərə müraciət edərək ödənişlə əldə etmələri bildirilir. Yerli icra orqanları Polis idarəsi Səhiyyə və Təhsilin rayonda başçının çıxışlarına təhkim edilməsi əhalini son dərəcə çıxılmaz durumda saxlamaqdadır. Səhiyyə nazirliyi tərəfindən verilən yardımların əhaliyə paylanılmamasıda bunun dahada ağır fəsadlara yol açmasına gətirib çıxarmaqdadır.
Ümumiyyətə, Qazax Mərkəzi Xəstəxananın doğum evi də söylənilməzdir. Doğum evinin baş həkimi Aynur Namazlı da bir başqa “qoçudur”. Təsəvvür edin ki, Arzu Novruzovun ona da gücü çatmırdı. Doğum evinin fəaliyyəti belə bir teatrı tamaşasını xatırladır. Aynur Namazlının Binyamin Abbasəliyevlə bir ələ oynaması görünməmiş hal deyil! Baş həkim Arzu Novruzovun bu xanıma da “gözün üstə qaşın var” deyə bilməməsi baş həkimin yerində omamasından xəbər verirdi. Lakin o da səbəbsiz deyil. Rayondakı mənbənin Bakunews.az-a bildirdiyinə görə, baş həkim Novruzov, Aynur Namazlı başda olmaqla doğum evində ultra səs müayinə aparatında əyləşən Validə adlı qızdan tutmuş, diş həkimlərinə, poliklinikada işləyənlərə, qrupa çıxanlara kimi hamıya ayrıca haqq qoyub. Belə bir şəraitdə nədən və ya hansı rayon səhiyyəsindən danışmaq olar? Rayon Mərkəzi xəstəxanası olmayan, diaqnostika mərkəzində təkcə 4-5 çarpayılıq ümidində qalan Qazax Rayon Səhiyyəsi uşaq vaxtı çoxlarımızın oxuduğu “Ördək, balıq və xərçəng” hekayəsini xatırladır. Belə bir vəziyyətdə “Şöhrət” ordenli səhiyyə naziri Oqtay Şirəliyevin baş həkimin nəyinə aşiq olması təəccüb doğurur. Özü də Qazaxda tez-tez baş verən ölüm hadisələri kulminasiya nöqtəsinə çatdığı bir vəziyyətdə… Belə çıxır ki, yenə də Qazax səhiyyəsində ana ölmü ilə bağlı bir neçə nəfərə şiddətli töhmət, ölü sahibinə isə Allahdan rəhmət dilənəcək. Ona görə də nahaq yerə demirlər ki, “Yazıq öldürənin deyil, ölənin gününə!”

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlamağa çalışsaqda cəhdlərimiz boşa çıxdı. Məsələnin tam araşdırılması və redaksiyamızın bununla bağlı məlumatlandırılması üçün lazımı qurumlara sorğu məktubu unvanlanacaqdır.

BakuNews.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Qazax, gedir, ozbashinaliq, qanusuzluq, Merkezi, rayon, alib, bash, xestexanasinda
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ