yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Goranboy su-kanal idarəsinin rəisi Dilqəm Əvəzovdan Prezidentə - ŞİKAYƏT

Goranboy su-kanal idarəsinin rəisi Dilqəm Əvəzovdan Prezidentə - ŞİKAYƏT
30-01-2018, 15:30 157 dəfə baxılıb

Mən Sadıqov Ayaz Rəşid oğlu 25 avqust 1983-cü ildə Goranboy rayonunda anadan olmuşam. Ali təhsilliyəm. Ailəliyəm 2 övladım var.

2012-ci il yanvar ayının 13-dən 2016-cı il avqust ayınadək Goranboy sukanal idarəsinin rəis müavini vəzifəsində işləmişəm. İşlədiyim dövr ərzində heç bir xəbərdarlıq belə almamışam. Daim idarənin rəisi Dilqəm Əvəzov mənim işlərimə aid olmayan işlərə göndərirdi. İdarədə daim idarə rəisinin təziqi altında işləməyə məcbur idim.
May ayında Dilqəm Əvəzovun əlinə fürsət keçdi. Bütün İdarələr üçün rəis müavini ştat vahidləri ixtisar olundu və baş mühəndiş ştat vahidi ilə əvəz olundu.
Mən Dilqəm Əvəzova dəfələrlə müraciət etdim. Hər dəfə o məni aldatdı. Elə bilirdi ki, mən ona nə isə pislik edəcəm. Avqust ayında mən bildirdim ki, iqtisad məhkəməsinə gedəcəm. Bunu eşidən Dilqəm Əvəzov bir daha məni aldadıb dedi ki, səni texniki təhlükəsizlik üzrə mühəndis göndərirəm. Amma 3000 xərci var. Dedi get 1000 manat indi gətir, 2000manatı təsdiq olandan sonra gətirərsən. 1000 manata Göndəriş vərəqəsi alıb getdim Bakı şəhərinə imtahana. Birləşmiş Sukanal MMC-də imtahan vaxtı çatanda mənə dedilərki səni kim göndərib bura?
Dərhal mən Dilqəm Əvəzovun 050 -333-62-24 nömrəli telefonuna zəng etdim. Dedi səni imtahansız qəbul edəcəklər. Bir ay Dilqəm Əvəzovun yanında əməkhaqqısız işlədim. Daha sonra getdim yanınaki iş nə oldu? Cavabında minbir bəhanələr gətirdi. Daha sonra öz hüquqlarımı qorumaq üçün Dilqəm Əvəzovun səsini Telefonuma yazdırdım. Verdiyim 1000 manat pulu ondan tələb etdim. Lakin bu pulu ala bilmədim.
2003 -cüb ildən YAP -ın fəal üzvüyəm. Prezidentimə, bayrağıma, torpağına bağlı bir insanam. Dəfələrlə Baş prakrorluğa müraciət etdim. Buradada Dilqəm Əvəzov bu orqanı aldatdı. İcra başçısının Dəfələrlə qəbulunda oldum dedi pulu qaytaracam. Yekunda Cənab Prezidentim İlham Əliyevə müraciət etdim. Lakin korrupsioner məmur olan Dilqəm Əvəzovdan pulumu ala bilməmişəm ki, Xəstə övladımı müalicə etdirim.
Sizdən artıq dərəcədə xahiş edirəm Mənimdə milliyətimi araşdırın o cümlədən Dilqəm Əvəzovunda. Görün kimin qanından Azərbaycanlı qanı axır.

Xahiş edirəm mənim səsimi Cənab Prezidentim İlham Əliyevə çatırasınız. Əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm.

Heqiqixeber.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: idaresinin, Prezidente, , ShKAYET, Dilqem, Evezovdan, reisi, su kanal, Goranboy
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-02-2018


23-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

sunay1ramazanova@gmail.com


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ