SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Mingəçevir şəhər DYP-dən prezidentə ŞİKAYƏT-Şəhid ailəsi amansızcasına döyülüb

Mingəçevir şəhər DYP-dən prezidentə ŞİKAYƏT-Şəhid ailəsi amansızcasına döyülüb

Tarix:

17-01-2017, 12:27

/ 3 523 dəfə oxundu.
Mingəçevir şəhər DYP-dən prezidentə ŞİKAYƏT-Şəhid ailəsi amansızcasına döyülüb

Kəlbəcər rayonundan məcburi köçkün, Mingəçevir şəhər, Tibb Texnikomunun yataqxanasında məskunlaşmış Zeynalov Şəfa Abasəli oğlu tərəfindən

Miq.Az saytına daxil olmuş şikayət ərizəsini oxuculara təqdim edirik:

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVƏ.

SÜRƏTİ:

AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRİ.
GENERAL-POLKOVNİK RAMİL USUBOVA
SÜRƏTİ:
BAŞ DÖVLƏT YOL POLİS İDARƏSİNİN RƏİSİ.
POLİS GENERAL-MAYORU

CƏNAB RAMİZ ZEYNALOVA

Kəlbəcər rayonundan məcburi köçkün, Mingəçevir şəhər, Tibb Texnikomunun yataqxanasında məskunlaşmış Zeynalov Şəfa Abasəli oğlu tərəfindən

Şikayət Ərizəsi

Hörmətli, Cənab Prezident!

Bildirmək istəyirəm ki, 14.01.2017-ci il tarixdə Mingəçevir şəhər DYP müfəttişi Elnur adlı şəxs hərbi qulluqçu olan mənimlə birlikdə Musayev Elçin Fərman oğlunun maşınını saxlayıb mübahisə etdi, qanunsuz olaraq Elçinə məxsus maşını cərimə meydançasına apardılar. Orda isə mən Qarabağ müharibəsi veteranı və şəhid ailəsi Şəfa Zeynalovu amansızcasına döydülər. Döyən DYP Mingəçevir şəhər alayının komandiri polis polkovniki Balakişi Əhmədovun baldızı oğlu polis müvəttişi Anar Allahverdiyevdir. O, məni döyməklə bərabər bildirir ki, sən nə edə bilərsən ki, Balakişinin bir günlük gəliri sən ağırlıqdadır, səni gecə ilə yer üzündən silərik, başını üzərik. Məni döyməklə bərabər yanımda olan 25 il xidmətdə olan polkovnik- leytenantı da xoşa gəlməz sözlərlə təhqir etdi.

Hətta Mingəçevir şəhər DYP rəisi "xalça Vidadi"nin oğlu polkovnik -leytenant Bəşirli Bəlyar tabeçiliyində olan müfəttiş Anarın hegamonluğundan çəkinir. Mingəçevir şəhərinə qonaq gələn demək olar ki, bütün maşınları bizi kimi saxlayıb, rüşvət tələb edirlər. Mingəçevir şəhər DYP özbaşınaılıq baş alıb gedir. Qeyd etmək istəyirəm ki, keçən həftə Tekstilni fabrikin müdürü Arifin oğlunu polis əməkdaşları çayçıda döyüb, gətirib polisə salıb 20000 manat pulunu alıb buraxıblar.

Mən Kəlbəcər rayonundan məcburi köçkünəm 24 nəfər ailə üzvlərim bir gündə şəhid olmuşdur, hətda Mustafayev Elşəni də şərləyib 2000 manat pulunu alıblar, pulu olmayan Qasımov Qasım və Yusifov Əhmədi isə həbs ediblər. Bir nəfər Kənan adlı oğlanı ölümcül hala çatana qədər döyüb 500 manat pulunu alıb buraxıblar.

Lakn Mingəçevir şəhəri DYP işçiləri hegemonluq edir, qanuna zidd hərəkətlərə yol verirlər. Mingəçevir şəhər DYP əməkdaşlarının demək olar ki, qanundan xəbəri yoxdur, onların gözlərini rüşvət yumub.

Hörmətli, Cənab Prezident!
Xahiş edirəm bu haqsızlığa son qoyulması barədə ciddi tədbir görün, DYP əməkdaşlarını layiq olmadıqları bu şərəfli peşədən tez bir zamanmda uzaqlaşdırın və adları qeyd edilən şəxslərin cəzalandırılması barədə mənə yazılı məlumat verilməsinə göstəriş verin.

Diqqətinizə görə Sizə öz minətdarlığımı bildirirəm.

miq.az

Şərhlər

XƏBƏR LENTİ