yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

İcra başçısı Vaqif Abdullayev ilə hərbçi arasında qalmaqal

İcra başçısı Vaqif Abdullayev ilə hərbçi arasında qalmaqal
29-01-2018, 16:41 798 dəfə baxılıb

N saylı hərbi hissənin kadrlar idarəsinin sabiq rəisi Yaşar Səfərov Vaqif Abdullayevə meydan oxumaq istəyir
Beyləqan rayonundan daxil olan məlumata görə, hər zaman qalmaqalları ilə gündəmə gələn icra başçısı Vaqif Abdullayev bu dəfə N saylı korpusun sabiq zabiti, rayonun Təzəkənd kəndindən olan Yaşar Səfərovla üz-üzə gəlib.
Yaşar Səfərovun yaxın ətrafının verdikləri məlumata görə, icra başçısı sabiq zabitə pul atıb. Məsələ ilə bağlı saytımızı məlumatlandıran şəxs qeyd edir ki, Yaşar Səfərov N saylı korpusda kadrlar şöbəsinin rəisi təyin olunduqdan sonra yaxşı qazanc əldə etməyə başladı. Məhz bu dövrdə sabiq zabit Beyləqan rayonunda çoxlu sayda obyekt, torpaq sahəsi əldə edib. İcra başçısı ilə Yaşar Səfərovun arasındakı problem isə Vaqif Abdullayevin ondan aldığı pulun müqabilində söz verdiyi torpaq sahəsini (obyekt üçün) verməməsidir. Məlumata görə Yaşar Səfərov bir neçə il öncə Əlilllər üçün tikilən binanın yanında obyekt yeri almaq üçün başçıya 20 min manat rüşvət verdiyi iddia olunur.
Həmin ərazini aldıqdan bir müddət sonra yenidən başçıya hesab verən sabiq zabit daha bir torpaq sahəsi alıb. Bunun üçün Yaşar Səfərovun 40 min manatından keçdiyi məlumatda əksini tapıb. Həmin ərəfə də Yaşar Səfərov Beyləqan-Daşburun yolunun üstündə yerləşən “Cənnət Bağı” restoranını da 150 min manata alaraq qaynı vasitəsi ilə işlətməyə başlayıb.
Yaşar Səfərovun kadrlar idarəsində yaxşı pullar qazandığını bilən icra başçısı ondan daha çox pul qoparmaq qərarına gəlir. Yaşar Səfərovun yaxın qohumlarının bildirdiyinə görə Vaqif Abdullayev ona sifariş göndərir ki, ərazini ətrafını da ona verəcəm və buna görə əlavə hesablaşma olmalıdır. Yəni 25 min manat. Sabiq zabitin həmin ərəfədə işi ilə bağlı hüquq mühafizə orqanlarına ilişməsi isə Vaqif Abdullayevin planını alt-üst edir. Belə ki, əlavə hesablaşma üçün pul verə bilməyən Yaşar Səfərovun öncədən verdiyi 40 min manatı da batır. Səfərovlar ailəsinə yaxın olan digər mənbəmiz iddia edir ki, bu yaxınlarda sabiq zabit icra başçısı Vaqif Abdullayevə söz göndərərək obyektini ya da pulunu tələb edib. Əks halda problemi ictimailəşdirəcəyini deyib. Yaşar Səfərovun bu hərəkətindən qəzəblənən icra başçısı ona mesaj göndərib ki, “ordu da korrupsiya yolu ilə qazandığı pullar hesabına aldığı “Cənnət Bağı” restoranını sökdürəcək”.
Qeyd edək ki, Beyləqan korpusunun kadrlar idarəsinin rəisi işləmiş Yaşar Səfərovun rayonda çox böyük biznes sahələri, əmlakları, paytaxtda bir neçə evi, müxtəlif bölgələrdə villaları və bir-neçə yerdə böyük torpaq sahələri var. Rayon camaatı arasında yayılan söz söhbətlərə görə Yaşar Səfərovun belə imkana sahib olması onun hərbi hissədə kadrlar idarəsinin rəisi işlədiyi dövrlərə təsadüf edir…

Yaşar Səfərov açıqlamasında deyilənlərin əsası olmadığını və Vaqif Abdullayev adında adam tanımadığını bildirdi.

Mövzunu araşdırmaqdayıq. Beyləqan İcra Hakimiyyətinin də mövqeyini dərc etməyə hazırıq.

Tendensiya.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: bashchisi, cra, arasinda, herbchi, Abdullayev, Vaqif, qalmaqal, ile
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ