yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Qubanın yeni icra başçısı `Qlobusu` niyə söküb? - FOTO

Qubanın yeni icra başçısı `Qlobusu` niyə söküb? - FOTO
29-01-2018, 13:07 428 dəfə baxılıb

Ötən ilin 2 dekabrında prezident İlham Əliyevin sərəncamı ilə Yaşar Qəhrəmanov Quba rayon İcra Hakimiyyəti vəsifəsindən azad olundu, digər sərəncamla Ziyəddin Əliyev Quba rayonu icra başçısı vəzifəsinə təyin edildi.
Yeni icra başçısı bundan öncə “Azəravtoyol” Açıq Səhimdar Cəmiyyətində çalışıb, “Əməkdar mühəndis” adı alıb.
Adəti üzrə Azərbaycanda vəzifə alan icra başçıları ilk öncə tikinti, quruculuq, park salma, yol çəkmə, işıq dirəklərini yeniləmə prosesinə start verir. İlk baxışdan burada heç bir problem yoxdur. Hər rayonun infrastrukturunun yenilənməsinə ehtiyac var. Lakin nədənsə əksər rayon başçılarının işi-gücü özlərindən öncəki kolleqasının tikib-qurduğunu söküb, yenisini inşa etdirməkdən ibarət olur. Təəssüf ki, yazımızın əvvəlində söz açdığımız şəxs – Qubanın yeni icra başçısı Ziyəddin Əliyev də bu siyahıda yer alıb.
Həftə sonu Qubaya səfərimdə rayona daxil olarkən hiss etdim ki, nəsə uyğunsuzluq var. Dayanıb bir qədər diqqət etdikdən sonra müşayiət etdim ki, rayonun girişində qonaqları qarşılayan “Qlobus” götürülüb. Bir neçə ustanın sökdürülmüş arkanın yerində nəsə inşa etməklə məşğul olduğunu gördüm.
Qubaya tez-tez səfər edən şəxs kimi deyə bilərəm ki, uçurdulmuş “Qlobus” arkası rayonun girişində heç də pis görüntü yaratmırdı. Rayon sakinlərinin də sözügedən arkadan şikayət etdiyini eşitməmişəm. Şikayət və görüləsi işlərə qalsa, şəhərin mərkəzi prospektindən başqa, bütün arxa küçələrinin asfalt örtüyü yoxdur, olanlar da sökülüb-dağılmış vəziyyətdədir və təmirə ehtiyaclıdır.
Yazını oxuyan səlahiyətli şəxslər zamanında dövlətin maliyyə ayırıb ucaltdığı “Qlobus”un sökülmə səbəbləri haqda açıqlama vermək istəsələr, onların mövqeyini dərc etməyə hazırıq.

FaktXeber.com
Qubanın yeni icra başçısı `Qlobusu` niyə söküb? - FOTO
Qubanın yeni icra başçısı `Qlobusu` niyə söküb? - FOTO


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , Qubanin, Qlobusu, bashchisi, yeni, sokub, niye, FOTO, icra
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ