SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Zaqatalalı fermer məmur özbaşınalığına görə prezidentə müraciət etdi

Zaqatalalı fermer məmur özbaşınalığına görə prezidentə müraciət etdi

Tarix:

29-01-2018, 11:20

/ 1 884 dəfə oxundu.
Zaqatalalı fermer məmur özbaşınalığına görə prezidentə müraciət etdi

Zaqatalalı fermer Hacıbəy Zaqatalski tərəfindən xalqxeber.az-a daxil olan müraciəti olduğu kimi dərc edirik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

surəti: Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova

surəti: Azərbaycan Respublikası Daxili İşlər Naziri Ramil Usubova

Azərbaycan Respublikası Zaqatala rayonunda fəaliyyət göstərən “Mağara” şəxsi kəndli (fermer) təsərrüfatının təsisçisi Hacıbəy İsaq oğlu Zaqatalski tərəfindən

M Ü R A C İ Ə T

Hörmətli Prezident!

Sizin çox qiymətli vaxtınızı aldığım üçün dönə-dönə üzr istəyirəm. Mən Azərbaycan vətəndaşıyam, 70 yaşım var. İxtisasım tütünçüdür. Biznes məktəbini İtaliyada Tyurin şəhərində bitirmişəm. Azərbaycan respublikasında ilk koorperativ həhərəkatına qoşulanlardanam. Mən Sizin televiziyadakı çıxışlarınızı diqqətlə izləyirəm. Sizin sahibkarların, fermer təsərrüfatlarının inkişafı və qorunması üçün verdiyiniz sərəncamlardan ruhlanmaq, fermer təsərrüfatında daha da fəal olmağa çalışırıq. Çox təəssüflər olsun ki, problemsiz ötüşmək mümkün deyil. Mən 1999-cu ildə “Mağara” şəxsi kəndli (fermer) təsərrüfatı yaratdım. 1500 (min beş yüz) baş hesabında cins (tuş) qoyunçuluq təsərrüfatı yaratdım. Qoyunçuluq təsərrüfatını təcrübəli çobanlara həvalə etdim. Dövlətimizin şəxsən Sizin qayğınız sayəsində yaylaq otlaq sahəsini və qışlaq üçün müqavilə əsasında torpaq sahəsi götürdüm. İlk günlərdə çobanlar çox yaxşı işləyirdilər. Mən qoyunçuluq təsərrüfatını çobanlara tam etibar etdim. Çobanların özlərinədə mənim qoyunçuluq fermamda 100 (yüz) başdan yuxarı şəxsi müxtəlif növdə xırda buynuzlu heyvan saxlamağa icazə verdim. Mənim yaylağımda və qışlağımdan istifadə etməyə başladılar. Mən etibar etdiyim üçün heç bir çobanla müqavilə bağlamadım. 1999-cu ildən indiyə qədər mənə məxsus xırda buynuzlu fermadakı heyvanları 2-3 dəfə saymışam. Qalan vaxt təyin etdiyim baş çoban Məmmədov Rafiq Şəmsəddin oğlunun gətirdiyi məlumatla kifayətlənmişəm. Çox təəssüflər olsun 2017-ci ilin dekabr ayında baş çoban Rafiq Məmmədovun gətirdiyi məlumat məni şübhələndirdi. Sonrakı günü mənim fermam olan Acınohur qışlağına getdim. Qoyun sürüsünü növlər üzrə çobanlara saydım. Rafiq Məmmədov mənə verdiyi məlumatla yoxladığı 257 baş müxtəlif növdə çatışmamazlığı üzə çıxdı. Mən çobanlarla bir nəfərdə kənar şəxslə fermadakı çatızmamazlığı aktlaşdırdıq. Rafir Rafir Şəmsəddin oğlu Məmmədov fermadan kənarlaşdırıldı. Fermanı Mükərrəm adlı çobana təhvil verdim. Rafiq Şəmsəddin oğlu Məmmədovu sonrakı gün çağırdım. Dedim “Gəl aydınlaşdıraq, bu çatışmamazlıq necə olub?! Rafiq Məmmədov saymamazlıq edib aydınlaşdırmaq üçün gəlmədi. Mən Rafiq Məmmədova kəndçisi Mehdiyev Aydından xahiş etdim k, Rafiqə başa sal gəsin söhbət edək. 6 (altı) gündən sonra Rafiq Aydınla birlikdə gəldi Bildirdi ki, mənim arxamda kimlər durur. Sən bilsən məndən heçnə tələb etməzsən. Onlar polisin və prokurorun dostlarıdır. Narko baronlardır. Mən başqa danışıq aparmadım.

Bildirdim ki, səni polisə verəcəm. O isə cavabında nə istəsən et baxarıq kim-kimə nə edir?

Sonrası günü mən Zaqatala polis idarəsi rəisinin ünvanına məktubla müraciət etdim. Zaqatala Polis şöbəsinin müstəntiqi məsktubu istintaqa qəbul etdi. Mən müstəntiqə bildirdim ki, Rafiq heyvanları bir-bir, iki-iki oğurlayıb satmayıb. O, xırda-xırda sürü şəklində satıb. Siz Rafiqi istintaq dövründə polisdə saxlayın və desin xırda-xırda sürüləri hara və kimlərə satıb. Sizin apardığınız istintaq Rafiqə azadlıqda əməllərini gizlətməyə, təmizə çıxmaq üçün şərait yaradırsız. Müstəntiq mənim təklifimi rədd etdi. Bir aydan sonra cinayət işini Zaqatala rayon prokurorluğuna verildi. Zaqatala rayon prokuroru Əli Abdullayev mənimlə görüşəndə bildirdi ki, mən cinayət işini geriyə polis müstəntiqinə qaytarmışam. Mən bildirdim ki, bu iş sırf prokurorluğa aiddir. Mənə dedi “mən sənin işini aparmaq həvəsim yoxdur. Sən türmədə yatmısan. Dövlət əleyhinə maddə ilə iş almısan”. Mən bildirdim ki, siz beləmi prokuror işləyirsiz. Mən cəzamı çəkmişəm. Azəad Azərbaycanın vətəndaşıyam. Mən məhkum olmuşam. Dövlətimizdə rüşvətxor, harınlanan yüksək vəzifəli, özlərinə oxşar dövlət məmurlarından istifadə etməklə, tutduqları vəzifədən sui-istifadə etməkdə, xalqın namusunu taptalamaqla, dövlət əmlakını talamaqla milyonlar əldə edən yırtıcı dövlət məmurların şəri hesabına. Onların adlarını mən müxtəlif vaxtlarda Prezidentin ünvanına yazdığım məktublarda yazmışam. Ancaq nə fayda mənə qarşı böhtan atanlar məndən rüşvət tələb edənlər, dövlət əmlakını mənimsəməklə harınlayanlar daha yüksək vəzifəyə gedirlər. Onları cəzalandırmaq da bu gün dövlətimizdə günah sayılır. Hörmətli Əli müəllim görürəm sizdə onların tapşırıqlarına tuş gəlmisiniz. Artıq bu faktdır. Siz Zaqatada bir toy mərasimində mənim toya gəldiyimi görüb toydan çıxıb getdiniz. Bunu siz mənə ilk görüşünüzdə dediz. Toyda bir neçə şəxsə bildirdiniz ki, siz Hacıbəyi niyə toya çağırmısız? Ya onu ya da məni toya çağıraydız. O, dövlətə qarşı çıxıb. Bizə tapşırıq var ki, elə adamlarla mərasimlərdə olmayaq. Hörmətli Əli müəllim bu prokurora yaraşan addımdırmı? Ayıb deyilmi belə sözləri xalq arasında yayırsız? Kimə özünüzü göstərmək istəyirsiz. Deməli məhkum olan adam dövlətimizdə daha adam deyil? Siz dövlətimizə və qarşıdan gələn seçkilərə xərər gətirirsiz. Siz məni ləkələməklə ləkələmərəm. Mən dünya şöhrətli sahibkaram. Rayonumuzda çox işlər görən xeyriyyəçiyəm. Dünya şöhrətli tütünçüyəm. Məni ləkələyiblər. Mən tək dövlət çevrilişi edən deyiləm. Ətrafımdada sizin kimi mafiozlar yoxdur. Dövlət vəzifəsinədə can atmıram. Mənim nəslim, əcdadlarım hər daim dövlətə sadiq olublar. Mən çörək tapmışam mərhum prezidentimiz Heydər Əliyev 1969-cu ildə Azərbaycan Respublikasının Mərkəzi Komitəsinə 1-ci Katib təyin olunan gündən. Siz səhv yoldasız. Mən heç istəmirəm siz mənim talan olunan əmlakımı bərpa edəsiz. Ancaq polis müstəntiqi yenidən işi sizə qaytaracaq. Çünki mənə vurulan ziyan sırf prokurorluq araşdırmasına aiddir. Yaxşı olar belə işlərə siz baxmayın. Siz narkotiklərlə məşğul olanlara bəraət verməklə məşğul olun. Oğruları müdafiə edin. Sahibkar və fermerlərin sizə verəsi artıq pulu yoxdur. Mən bu sözlərimiz deyib prokurorluqdan çıxıb getdim.

Hörmətli Prezident!

Bir sözlə Sizdən xahiş edirəm ki, mənə kömək edəsiniz.Mənə etdiyiniz kömək Allah qarşısında itməz.

Hörmətli Prezident mənim yazdıqlarım faktdır. Əgər yalan olarsa, tam məsuliyyətlə mənim ömürlük məhkum olmağıma sərəncam verəsiniz.

Hörmətlə: Hacıbəy Zaqatalski

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

xalqxeber.az
Zaqatalalı fermer məmur özbaşınalığına görə prezidentə müraciət etdi
Zaqatalalı fermer məmur özbaşınalığına görə prezidentə müraciət etdi

Şərhlər

XƏBƏR LENTİ