SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəkidə Topqarağac məscidi ətrafında nə baş verir?

Şəkidə Topqarağac məscidi ətrafında nə baş verir?

Tarix:

26-01-2018, 11:41

/ 2 545 dəfə oxundu.
Şəkidə Topqarağac məscidi ətrafında nə baş verir?

Şəkidə bir neçə gündür ki, Topqarağac məscidi ətrafında baş verən hadisələrlə bağlı mediada müxtəlif məlumatlar yayılır.
Məsələni dəqiqləşdirmək üçün Şəkidə yaşayan bir qrup dindar ilə əlaqə saxladıq. Tanınmış dindarlardan biri (adının açıqlanmasını istəməyən) bu olaylarla bağlı saytımıza maraqlı və mediada açıqlanmayan açıqlamalar verdi.

Məlumata görə, məscidə yığışanlar ənənəvi İslamla əlaqəsi olamayan bir təriqət üzvləridir (nə klassik sünnilik, nə də şiə).

"Onlar iki dəfə namaz qılır və özünü sünni təriqətindən olan Məmmədəfəndi adlı ruhaninin davamçıları hesab edirlər (red: hazırda sünni məzhəbinin dediklərinə əməl etmədikləri bildirilir). Onlar vəfat etmiş Məmmədəfəndinin qəbrini ziyarətgah etmiş və dində olmayan şeyləri dinə nisbət verdikləri iddia edilir. Onlar ölkədə missionerlik fəaliyyətlərindən sonra qeydiyyatdan keçmək üçün təklif olunub, lakin onlar bunu qəbul etməyiblər. Əllərində olan bir məscidi aldıqdan sonra, indi daha çox yığıncaq və toplantı üçün istifadə etdikləri Topqarağac(Qışlaq) məscidinin qanunla fəaliyyət etməyəcəyi təqdirdə bağlanacağı xəbərinə isə başda Lətifov Cabir olmaqla bir neçə nəfər etiraz edib. Polisə qarşı müqavimət edənlər saxlanılıb məhkəməyə göndərilib.", -deyə Şəkidəki mənbəmiz bildirib.
Məhkəmə Mustafayev Yunus Əhməd oğlu, Sadıqov Nazim Məmmədhəsən oğlu, Lətifov Cabir Sabir oğlu, İslamov Tahir, Hacıyev Qəzənfər Nuru oğludur ki, hər biri 30 sutka həbs cəzasına məhkum edib. Əliyev Şirin Baba oğlu və Rizvanov Əlfəddin isə 200 manat cərimə ödəməli olacaq.

Rəsmi qurumlar məsələ ilə bağlı açıqlama verməyiblər.

İslamazeri.com

Şərhlər

XƏBƏR LENTİ