yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Xızının icra başçısı “zapravkası” olmayan rayonun problemini niyə həll etmir? - VİDEO

Xızının icra başçısı “zapravkası” olmayan rayonun problemini niyə həll etmir? - VİDEO
26-01-2018, 10:27 117 dəfə baxılıb

Bir neçə gün əvvəl, Bakıdan o qədər də uzaq məsafədə yerləşməyən Xızı rayonundan reportaj təqdim etmişdik. “Apteki, “zapravkası” və bazarı olmayan rayon – İcra başçısı Aslanov isə bundan məmnun görünür…” başlığı ilə təqdim etdiyimiz həmin yazıda Xızı rayonunda yaşamaq üçün zəruri olan – bazarın, aptekin və yanacaqdoldurma məntəqəsinin olmadığını konkret faktlara əsaslanaraq qeyd etmişdik. Böyük rezonansa səbəb olan və ölkənin bir çox tanınmış KİV-ləri tərəfindən bizə istinadən tirajlanan həmin məqalədən sonra, məhz Xızı rayonundan çoxlu zənglər, məktublar almışıq. Redaksiyamıza müraciət edən sahibkar Ağayev Bəşir İsmayıl oğlu Xızı rayonunda yanacaqdoldurma məntəqəsinin olmadığını acınacaqlı hal kimi dəyərləndirdi və bunun başlıca səbəbkarı kimi icra başçısının adını çəkdi. Sabibkarın sözlərinə görə, rayonun girişində o, “Xızı dağları” adlı yanacaqdoldurma məntəqsi inşa edib, ancaq icra başçısı Xəzər Aslanov həmin obyektin ərsəyə gəlməsinə icazə verməyib:
” Xızı kənd təsərrüfat rayonu olmaqla yanaşı, həm də istirahət məkanları ilə zəngin olan bir ərazi vahididir. Burada yancağa böyük tələbat var. Çox təəssüflər olsun ki, rayon rəhbərliyinin mənimlə apardığı əsassız çəkişmə ucbatından rayon əhalisi və bura gələn qonaqlar yancağı şəxsi həyətlərdən baha qiymətə almağa məcburdur. İndi hansı zəmanədir ki, həyətlərdə benzin satılsın? Yanacaqdoldurma məntəqəsinin fəaliyyəti üçün mənim bütün müvafiq qanunu sənədlərim mövcuddur.
Hələ SSRİ dağılmamışdan, rəsmi sənədlə mənə aid olan torpaq sahəsi məhz yanacaqdoldurma məntəqəsinin inşası üçün ayrılıb. 2005-ci ildə Xızı rayon İcra Hakimiyyətinin bununla bağlı xüsusi sərəncamı var. Nəhayət 2010-cu ildə sənayə və energetika naziri Natiq Əliyev yanacaqdoldurma məntəqəsinin fəaliyyəti üçün 5 (beş) illik lisenziya verib. Bütün sənədlərin sürətini sizə təqdim edirəm. İndi qoy icra başçısı izah etsin ki, bu cür sənədləri olan adama niyə “zapravka” açmağa imkan vermir? Niyə, Xızı kimi rayonun əhalisini həyətlərdən baha qiymətə benzin almağa məcbur etdirir? İcra hakimiyyətinin mənə qarşı olan qərəzi bununla bitmir. Altıağac zonasında mən “Pırılanta” adlanan icməli su qablaşdırırdım. Həmin müəssisənin işləməsi həm də bir neçə ailə üçün iş yerinin açılması anlamına gəlirdi. Müxtəlif tələblər və bəhanələrlə mənim o müəssisəmin də fəaliyyət göstərməsinə icazə vermədilər. Cənab Prezidentimiz çıxışlarında yerlərdəki icra başçılarına əhali ilə nəzakətli davranmağı, xüsusilə də iş adamlarına fəaliyyət üçün şərait yaratmalarına dair göstərişlər verir. Mən çox xahiş edirəm ki, Xızı rayonu ilə bağlı bir araşdırma aparılsın. Görsünlər ki, mənim simamda iş adamlarına burada necə divan tutulur”.

Səslənən ittihamlarla bağlı Xızı rayon İcra Hakimiyyətinin də mövqeyini dinləməyə hazırıq.

Azinforum.az

www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: bashchisi, Xizinin, VDEO, etmir, icra, niye, , problemini, rayonun, olmayan, hell, zapravkasi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]

/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ