yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Durmadan “qocalan” Goranboy: KORRUPSİYA, ÖZBAŞINALIQ, TƏQAÜDDƏ OLAN MƏMUR ORDUSU

Durmadan “qocalan” Goranboy: KORRUPSİYA, ÖZBAŞINALIQ, TƏQAÜDDƏ OLAN MƏMUR ORDUSU
25-01-2018, 14:13 175 dəfə baxılıb

Son günlər regionlardan gələn şikayətlərin ardı-arası kəsilmir. Bu şikayətlərin bir qismi rayon icra hakimiyyətlərində baş verən özbaşınalıqlarla bağlıdırsa, digər bir qismi uğursuz kadr seçimləri, gənclərin idarəçiliyə buraxılmaması, rüşvət və korrupsiya halları ilə bağlıdır.

Redaksiyamıza daxil olan növbəti belə müraciətlərdən biri də Goranboy rayonu ilə bağlıdır. Bundan öncəki saylarımızda bu rayonda baş verən özbaşınalıqlar, talançılıq siyasəti ilə bağlı yazmışdıq. Bu dəfə daxil müraciət isə daha ciddi və daha önəmlidir. Müraciəti olduğu kimi təqdim edirik:

"Hörmətli redaksiya! Goranboy Rayon İcra Hakimiyyətinə yolu düşən hər kəs buranı Ağsaqqalar Şurasına bənzədir. Məsələ birasındadır ki, İcra Hakimiyyətinin aparat işçilərinin sayı 65-i keçmiş təqaüdçülərdir. Bu rayonda gənclər qəti şəkildə icra strukturlarına yaxın buraxılmır. Enerjili kadrların sıradan çıxarılması, idarəçiliyə buraxılmaması, beləliklə də sistemin iflic edilməsinin də arxasında korrupsiya, soyğunçuluq niyyəti dayanır. Aparatın yaşlı legionerlərindən bir neçəsi həmm maaş, həm təqaüd alırlar. Bu sadəcə nonsensdir. Bu və bu kimiəldən düşmür, yorulmuş kadrları strateji vəzifələrdə saxlamaq kimə və nəyə lazımdır? Görünən odur ki, Nizaməddin Quliyev bu kimi yaşlı kadrların əlindən korrpsiya siyasətini daha rahat şəkildə qura bilir. Belə kadrlardan bəzilərinin konkret "fəaliyyətini” təqdimedirik: İcra hakimiyyətində olan Nofəl Kərimli uşaq bağçalarını tənzimləyir. Bu "tənzimləmə” adı altında ayda bəlli məbləğdə vəsait yığılaraq başçıya ötürülür. Bu fəaliyyətinin nəticəsini olaraq Nofəl Kərimli özünə rayonda 2 mənzil alıb. Digər bir çöbə müdiri Sayad Quliyev kadr məsələlərinə baxır. Başçıya işə qəbul müqabilində pul məsələlərini də məhz bu şəxs nizamlayır. Saxta diplomlu təhsil şöbəsinin müdiri Səxavət Məmmədovu da 200 min manat müqabilində məhz Sayaq Quliyev vəzifəyə qoydurub. Bundan başqa icra hakimiyyətində memarlıq, hüquq, ərazi idarəetməsi şöbələrinin rəhbərləri də yaşı keçmiş təqaüdçülərdirlər. Bu gedişlə Goranboy hara gedir?”

Yazını dərc etməmişdən öncə rayon icra hakimiyyətinin rəsmi e-mail ünvanına müraciət etdik.

7NEWS.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ORDUSU, OLAN, KORRUPSYA, Durmadan, qocalan, TEQAUDDE, OZBAShNALQ, Goranboy, MEMUR
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-02-2018


23-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

sunay1ramazanova@gmail.com


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ