SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Nizaməddin Quliyevə ittiham: 100 min manat yeyilib, şagirdlərin həyatı təhlükədə (FOTOLAR)

Nizaməddin Quliyevə ittiham: 100 min manat yeyilib, şagirdlərin həyatı təhlükədə (FOTOLAR)

Tarix:

18-01-2018, 15:43

/ 1 929 dəfə oxundu.
Nizaməddin Quliyevə ittiham: 100 min manat yeyilib, şagirdlərin həyatı təhlükədə (FOTOLAR)

Demək olar ki, Goranboy rayonu mediada ən çox tənqid olunan rayonlardan biridir. Məsələ burasındadır ki, rayonda ciddi şəkildə xaotik mühit hökm sürür. Əhali icra strukturunda kök salmış məmur özbaşınalığından təngə gəlib. Sovet dönəmində ölkənin ən təmiz və ən məhsuldar rayonlarından olan Goranboy indi dövrünün ən "çirkli”, acınacaqlı günlərini yaşayır.
Redaksiyamıza daxil olan növbəti məlumatda deyilir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev bütün diqqət və qayğısını özünün restoran, sanatoriya biznesinə yönəldib. Biznesi xatirinə rayonun bütün imkanları artıq "xərclənib”.
Rayonun viran qalan qəsəbələrindən biri də Safikürd kəndinin bir qrup ziyalısı tərəfindən göndərilən müraciətdə bildirilir ki, kənd üçün ayrılan 100 min manat mənimsənilib:
"Cənab prezident İlham Əliyev ölkənin gələcəyinin sağlam olması üçün demək olar bütün rayon rəhbərləri qarşısında ciddi tapşırıqlar qoyub. Buna baxmayaraq Goranboy icra başçısı Nizaməddin Quliyev və Təhsil Şöbəsinin müdiri Səxavət Məmmədov Safikürd kəndinə ayrılan 100 min manatı mənimsəyərək, yüzlərlə şagirdin sağlamlığına ziyan vurublar. Viran günündə olan, uçub-dağılan məktəbi qızdırmaq üçün zir-zibil yandırılması üsülündan istifadə edirlər. Artıq müəllimlər şagirdlərə "evinizdə nə qədər cır-cındır var gətirin” göstərişini veriblər. Bu vəziyyət bu gün heç Əfqanıstanda belə müşahidə olunmur. Nizaməddin Quliyevin sayəsində uşaqlarımız Yaxın Şərqdəki uşaqların faciəsini yaşayırlar.
İcra başçısı dövlətin ayırdığı pulu "QALA-MARKET” adlı şəxsi ticarət mərkəzinin 2-ci mərtəbəsindəki şadlıq sarayının tikintisinə yönəldir. 7 min əhalisi olan kəndin gələcəyi Nizaməddin Quliyev və Səxavət Məmmədov tərəfindən məhv edilir. Safikürd kənd tam orta məktəbdə siniflər odun peçi ilə qızdırılır. Burada təh silalan qız uşaqları bütün günü odun daşıyırlar. Odun bitdikdən sonra isə uşaqlara evlərində olan lazımsız cır-cındırları gətirmək tələbi qoyulub. Vaxtilə bu məktəbin qazanxanası olub. Lakin daha sonradan qazanxana sökülərək oğurlanıb. Bu cinayət əməlinə isə məktəbin savxozu Səməd Cəfərov başçılıq edib".
Müraciətlə bağlı Goranboy rayon İcra Hakimiyyətinin saytında göstərilən əlaqə nömrələrinə zəng etsək də, hər zamankı kimi əlaqə saxlamaq mümkün olmadı.

Mənbə: 7news.az
Nizaməddin Quliyevə ittiham: 100 min manat yeyilib, şagirdlərin həyatı təhlükədə (FOTOLAR)
Nizaməddin Quliyevə ittiham: 100 min manat yeyilib, şagirdlərin həyatı təhlükədə (FOTOLAR)
Nizaməddin Quliyevə ittiham: 100 min manat yeyilib, şagirdlərin həyatı təhlükədə (FOTOLAR)
Nizaməddin Quliyevə ittiham: 100 min manat yeyilib, şagirdlərin həyatı təhlükədə (FOTOLAR)

Şərhlər

XƏBƏR LENTİ