SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ən çox şikayət gələn köçkün rayonu Laçın imiş: İcra başçısı yola salınır

Ən çox şikayət gələn köçkün rayonu Laçın imiş: İcra başçısı yola salınır

Tarix:

15-01-2018, 12:26

/ 2 234 dəfə oxundu.
Ən çox şikayət gələn köçkün rayonu Laçın imiş: İcra başçısı yola salınır

Laçın rayonuna Aqil Nəzərlinin icra başçısı təyin olunması yuxarıları da peşman edib, aşağıları da...
Bu barədə daxil olan məlumatda deyilir ki, A.Nəzərlinin fəaliyyəti aşağıları narazı salıb, yuxarıları da qəzəbləndirib.
Çünki ona olan etimadı doğrultmayıb və saysız-hesabsız şikayət məktubları Prezident Administrasiyasında dolub-daşır.
Azərbaycanın ən çox şikayət məktubu gələn köçkün rayonu məhz Laçındır. Bu statistik göstərici və aparılan araşdırmalar A.Nəzərlinin vəzifədən çıxarılmasını zəruri edib.
Çünki ölkədə məcburi köçkünlərə diqqət və qayğı dövlət səviyyəsində ən yüksək şəkildə təşkil olunub.
Prezident qaçqınlara xüsusi dəstək verir, yardım edir. Amma yerlərdəki məmurlar qaçqınları mərkəzdən narazı salırlar.
A.Nəzərli prezidentin fəaliyyətinə uyğun olmayan addımlar atır. Elə son olaraq Yasəmən Xudayarovanın şikayət məktubunu xatırlatmaq yetərlidir.
Laçın rayon icra başçısı Aqil Nəzərli rayon əhalisinin problemləri ilə maraqlanmaq həll etmək əvəzinə kadır alveri ilə məşğuldur.
Laçın rayonunda elə bir mühit yaradıb ki, korrupsiya, rüşvətxorluq, məmur özbaşnalığı əhalinin səbr kasasını daşırıb.
İxtisasından, diplomunun saxta olmasından, hərbi xidmətdə olmamasından asılı olmayaraq pulu olan istənilən şəxs pulunu verib, vəzifə ala bilər.
Adi dövlət qulluqçsundan tutmuş, idarə və müəssisə rəhbərliyinə icra başçısının müavini postuna kimi istənilən vəzifəni açıq bazar mühitidir.
Bir çox hallarda hazırkı idarə və müəssə rəhbərləri və icra başçısının müavinləri tutduqları vəzifə ilə vidalaşacağını qabaqcadan başa düşüb A.Nəzərlinin tələb etyi məbləği verməyə məcbur olublar.
A.Nəzərlinin yerinə yeni icra hakimi təyin olunacaq. Yaxın aylarda rayona təzə rəhbər veriləcək.
Elə bir icra başçısı ki, sakinlərin problemləri ilə maraqlansın, görüşlər, qəbullar keçirsin, prezidentə şikayətlər gəlməsin.
Məsələn: Nicat Həsənov A.Nəzərliyə yüksək məbləğdə rüşvət verərək rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Nicat Həsənov ixtisasca iqtisadçıdır və bundan əvvəl kağız üzərində faliyyət göstərən Uşaq Gənclər İdaman məktəbinin rəhbəri vəzifəsini tutub yəni heç bir pedoqoji faliyyəti olmayıb.
Laçın RİH başçısı Aqil Nəzərlinin başının şəxsi biznesinə - “zapravka”, fermalar və super marketlərinin idarə olunmasını qarışdığını iddia edən vətəndaşlar bunun sakinlər arasında ciddi narazılıqlara səbəb olduğunu bildirib.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ