SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Nazir təcili Bərdə Diaqnostika Mərkəzinə çağırıldı – tükürpədici ittihamlar

Nazir təcili Bərdə Diaqnostika Mərkəzinə çağırıldı – tükürpədici ittihamlar

Tarix:

12-01-2018, 16:49

/ 2 135 dəfə oxundu.
Nazir təcili Bərdə Diaqnostika Mərkəzinə çağırıldı – tükürpədici ittihamlar

Səhiyyə naziri Oqtay Şirəliyev demişdi ki, dövlət tibb ocaqlarında xidmət pulsuzdur.
Bir qrup Bərdə sakini nazirin yalanını faş edib. Onların sözlərinə görə, Bərdə Diaqnostika Mərkəzində baş verən özbaşınalıqları müşahidə etmək kifayətdir.
“Əgər nazir görmək istəyirsə pullu yoxsa pulsuz xidmət var, onda Bərdə Diaqnostika Mərkəzinə gəlsin. Baş həkim Həsən Hüseynovun yaratdığı mühit diaqnostikanı bazara çevirib.
Pulsuz xidmət göstərməyən diaqnostika nə Səhiyyə Nazirliyindən, nə də ölkə rəhbərliyindən çəkinir.
Bu mərkəzdə hər şey pulludur. Qapıdan girəndən, çıxana qədər hər yerdə pul verməlisən.
Səbəbi aydındır, baş həkim günlük haqq yığır. Hətta süpürgəçidən də. Bərdə Diaqnostika Mərkəzində hər işin öz qiyməti var.
Məsələn, müayinə 10 manatdan başlayıb, 50 manata qədər yüksələ bilər. Cərrahiyyə əməliyyatı isə ayrı bir müsibətdir. Adi əməliyyatlar 400 manatdan başlayıb, 5000 manata qədər yüksələ də bilər.
Bu səhiyyə ocağına büdcədən 11 milyon manata yaxın pul ayrılmışdı. İşlər görülüb, qurtardı və mərkəz istifadəyə verildi.
Lakin mərkəzdə baş verən özbaşınalıqlar, rüşvət və korrupsiya halları həkimləri peşəkarlıqdan uzaqlaşdırmaqla yanaşı, həm də vətəndaşların etimadını itirmələrinə gətirib çıxarıb.
Mərkəzə rəhbərlik edən Həsən Hüseynovun alverçi yanaşma tərzi, həkimlərdən aylıq haqq alma həvəsi və büdcə vəsaitlərini dağıtmaq üçün müxtəlif vasitələrdən yararlanması Bərdə və onun ətrafındakı əhalinin İrana üz tutmasına gətirib çıxarıb.
Həsən Hüseynov büdcədən ayrılmış pulların böyük qismini özünə götürmək üçün yaxından tanıdığı və uzun müddətdir əlbir olduğu şəxslərin şirkətlərindən yararlanıb.
Mətbuata üz tutan bir qrup Bərdə sakinləri qeyd edirlər ki, onun həkimlərinin tutarlı savadlarının olmaması səbəbindən insanlara yazılan müalicələrin böyük qismi effekt vermir.
Boş-boşuna resept yazan bu həkimlər bəzən müayinə etmədən belə diaqonoz qoyurlar. Nəticədə, orqanizmdəki xəstə yer bir kənara qalır, sağlam yerin müalicəsi aparılır ki, bu da həmin insana bəzən bütün sağlamlığı səbəbinə başa gəlir.
Baş həkimin sözlərinə görə, ona kimsə bir şey edə bilməz. Çünki arxasında hakimiyyət dayanır.
Hakimiyyəti də ona görə vurğulayır ki, əslən Naxçıvandandır və elə zənn edir ki, hər naxçıvanlının arxasında hakimiyyət dayanır.
Sakinlər səhiyyə nazirini Bərdə Diaqnostika Mərkəzinə dəvət edərək yoxlama aparılmasını təklif edirlər.
Diaqnostika mərkəzində kompyuter komoqrafiya şöbəsinin həkimi olan Asif Muxtarov əməlli-başlıca “bazar” açıb. Asif həkim gentgen olmağın müqabilində nə az, nə çox, düz 60 manat pul tələb edir.

Şərhlər

XƏBƏR LENTİ