SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bərdə “JEK” rəisinin qara işləri hüquq-mühafizə orqanlarında araşdırılır

Bərdə “JEK” rəisinin qara işləri hüquq-mühafizə orqanlarında araşdırılır

Tarix:

11-01-2018, 12:09

/ 3 647 dəfə oxundu.
Bərdə “JEK” rəisinin qara işləri hüquq-mühafizə orqanlarında araşdırılır

Bərdə Rayon Mənzil-Təsərrüfat Birliyinin sədri Rauf Məmmədovun fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırıla bilər
Bir qrup Bərdə sakini R.Məmmədovun özbaşına hərəkətləri, özünə “Land Kruiser” markalı, 90-190 dövlət nömrə nişanlı avtomobil alması barədə hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşır.
Onun MTB rəisi postunda aldığı dövlət maaşı ilə bahalı maşını necə almasının təftiş olunacağı gözlənilir.
Bərdə sakinləri R.Məmmədovun “JEK”ə ayrılan pulları şəxsi işlərinə sərf etməsindən şübhələnirlər.
Ona görə də polis və prokurorluq orqanlarına müraciət ediləcəyi bildirilir. Azərbaycan reallığında “Land Kruiser” markalı avtomobil almaq üçün ya yaxşı biznes sahibi olmalısan, ya da korrupsiyaya bulaşmalısan.
Bu maşının qiyməti o dərəcədə bahalıdır ki, aylıq maaşla onu əldə etmək fantaziyadır. Odur ki, hüquq-mühafizə orqanları Bərdə “JEK” rəisinin fəaliyyətini yoxlaya bilər.
Bərdəlilər onu da istisna etmirlər ki, R.Məmmədov Bərdə rayon İcra Hakimiyyəti Ərazi İdarəetmə Orqanları ilə İş Şöbəsinin müdiri Zaur Bəylərov kimi bahalı maşını ilə ağır qəza törətməyəcək.
Palitika.Az-ın xəbərinə görə, bu vaxta qədər ayrı-ayrı vaxtlarda ümumilikdə ayrılmış 3 milyon manat dövlət vəsaiti də dağıdılaraq, R.Məmmədovun şəxsi həyatına, təmtəraqlı şəraitinə sərf olunub.
R.Məmmədov Mənzil-Təsərrüfat Birliyinə dövlət vəsaitinin ayrıldığı gündən bir müddət sonra ev alıb. Həmçinin, Tərtər rayonunda öz ata yurdunu sökdürərək yerində ecazkar bir villa tikdirib.
Bu da göstərilir ki, R.Məmmədov Bərdə rayon İcra Hakimiyyəti Ərazi İdarəetmə Orqanları ilə İş Şöbəsinin müdiri Zaur Bəylərovla əlbir olaraq, 3 milyon manat pulu mənimsəyib.
Göründüyü kimi, ayrılan vəsaitin hara xərclənməsi tamamilə sual altındadır. Bu vəsait ayrılandan sonra, R.Məmmədov özünə “Land Kruiser” markalı (90-190 dövlət nömrə nişanlı) avtomobil alıb.
Hər iki əyalət məmurunun fəaliyyətindən xirtdəyə qədər boğaza yığılan Bərdə ictimaiyyəti prezidentə, I vitse-prezidentə, Prezident Adimistrasiyası rəhbərinə müraciət ünvanlamağa hazırlaşır.
Sakinlərin tələb və xahişi ondan ibarətdir ki, dövlət rəhbərliyi təcili şəkildə Bərdəyə təftiş komandası ezam etsin. PA-dan göndərilən səlahiyyətli şəxslər Z.Bəylərovla R.Məmmədovun fəaliyyətini təftiş etsinlər.
Bu yoxlamalar böyük korrupsiya şəbəkəsinin, milyonluq yeyinti faktlarının, vətəndaşlara qarşı qanunsuz hərəkətlərə yol verilməsinin üzə çıxması ilə nəticələnə bilər.
Bərdədə haqsızlıq, özbaşınalıq, talançılıq, ölüm halları, şikayətlərə baxılmaması, köçkünlərə, şəhid ailələrinə, yerli sakinlərə qarşı laqeydlik partlayış həddinə çatıb.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ