SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısı Mikayıl Müşfiqin anım tədbirinə niyə qatılmadı?

İcra başçısı Mikayıl Müşfiqin anım tədbirinə niyə qatılmadı?

Tarix:

9-01-2018, 10:13

/ 1 587 dəfə oxundu.
İcra başçısı Mikayıl Müşfiqin anım tədbirinə niyə qatılmadı?

Yanvar ayının 6-da Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin doğum günü münasibətilə Xızı rayonundakı abidəsi üzərində tədbir keçirilmişdir.
Məlumata görə, ictimaiyyətin tanınmış nümayəndələrinin və elm xadimlərinin iştirakı ilə keçirilən tədbirdə Xızı rayon İcra Hakimiyyəti müavin səviyyəsində təmsil olunub.
Bu ilki anım gününün Mikayıl Müşfiqin anadan olmasının 80 illiyinə təsadüf etdiyi üçün tədbirin möhtəşəm keçiriləcəyi, rayonun bütün ictimaiyyət nümayəndələrinin, eləcə də rayon İcra Hakimiyyəti başçısının da tədbirə qatılacağı gözlənilirdi. Ancaq bu baş vermədi. Tədbir gözləniləndən sönük keçirildi. Hətta bəzi tədbir iştirakçıları Xızı rayon İcra Hakimiyyətinin başçısının tədbirdə iştirak etməməsini şairin ruhuna, Azərbaycan ədəbiyyatına hörmətsizlik kimi qiymətləndirdiyi deyilir.
Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun görkəmli şairimiz, Azərbaycan ədəbi tarixində özünəməxsus və əbədi yeri olan Mikayıl Müşfiqin Xızı rayonunda şairin abidəsi üzərində keçirilən tədbirə qatılmamağının səbəbi barədə məlumatlar əldə edib. Saytımızın əldə etdiyi ilk məlumat təəssüfedicidir. Belə ki, məlumatda iddia olunduğuna görə Xəzər Aslanov Bakı şəhərində qonaqlıqda olduğuna görə tədbirə qatıla bilməyib. İkinci məlumatda isə başçının məzuniyyətdə olduğu deyilir.
Hansı məlumatın doğru olduğunu öyrənmək üçün Xızı rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Ancaq Xızı rayon İcra Hakimiyyətindən sualımızı cavablandırmadılar.
Qeyd edək ki, yanvar ayının 6-da Xızı rayonunda Mikayıl Müşfiqin abidəsi üzərində keçirilən anım tədbirində respublikanın əməkdar müəllimi, “Şöhrət” ordenli Ofeliya Babayeva, “Cabir Novruz” Mədəniyyət Fondunun rəhbəri, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” Cavanşir Qurbanov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Məmməd Əliyev, Filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli, “Əməkdar mədəniyyət işçisi” Solmaz Kosayeva və eləcə də bir çox ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Qlobal.aaz

İcra başçısı Mikayıl Müşfiqin anım tədbirinə niyə qatılmadı?
İcra başçısı Mikayıl Müşfiqin anım tədbirinə niyə qatılmadı?

Şərhlər

XƏBƏR LENTİ