yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Xocalı parkını satan Lənkəranın icra başçısının şok əməlləri - FOTO

Xocalı parkını satan Lənkəranın icra başçısının şok əməlləri - FOTO
4-01-2018, 17:31 209 dəfə baxılıb

Lənkəranın İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhərin parklarını satışa çıxardıb.

Yenicag.az xəbər verir ki, o, bu “ənənə”yə 2 il əvvəl start verib.

Məsələ burasındadır ki, Qaraşov ilk olaraq cibini doldurmaq üçün Lənkəran Dövlət Universitetinin qarşısında yerləşən parkı seçib. 2015-ci ildə parkı məhv edib, yerində mağazalar tikdirən başçı üzləşdiyi təzyiqlərdən sonra fikrindən daşınıb. Onu buna vadar edən isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “İdeya” təşkilatının bəyanatı olub. Bundan başqa Qaraşovun əməllərinin mətbuat tərəfindən işıqlandırılması da, ona “dur” deyən səbəblərdəndir.
Lakin Taleh Qaraşov sonradan “işğalçı” siyasətini davam etdirib. Xocalı parkını satan icra başçısı, Lənkəranın məşhur memarlıq abidəsi olan Çay evinin qarşısındakı səkiyə də göz dikib. Hazırda satılan həmin ərazidə iş gedir.
Bununla kifayətlənməyən şəhər rəhbəri mərkəzi univermağın qarşısındakı səkiyə də göz dikib. Əldə etdiyimiz məlumata görə, Qaraşov həmin yerin 1 kv metrini 1700 manatdan satır.
Qeyd edək ki, şəhərə gələn turistlər gəzmək üçün məhz Taleh Qaraşovun satdığı yerləri seçir. Abidələrin məhv edilməsi icra başçısının cibini doldursa da, Lənkəranın gözəlliyinə pərdə çəkir.
Xocalı parkını satan Lənkəranın icra başçısının şok əməlləri - FOTO
Xocalı parkını satan Lənkəranın icra başçısının şok əməlləri - FOTO
Xocalı parkını satan Lənkəranın icra başçısının şok əməlləri - FOTO


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Xocali, Lenkeranin, emelleri, FOTO, bashchisinin, satan, , parkini, shok, icra
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ