yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Salyanda insanları hakimiyyət əleyhinə kim qaldırır?

Salyanda insanları hakimiyyət əleyhinə kim qaldırır?
28-12-2017, 12:56 168 dəfə baxılıb

Salyan sakinləri rayon mərkəzinin girişindəki bazarda özbaşınalıqlardan şikayətçədir.
Rayondakı mənbənin İnterpress-ə verdiyi məlumata görə, bazarda qanunsuz olaraq satıcılardan pul yığılır.
Kənd məhsullarının satışı ilə məşğul Hüseyn Əliyev deyir ki, bazarda “yer pulu” verilməzsə, satışa icazə verilmir, məhsullar dağıdılır: “Pulun yığılması normaldır, çünki günlük icarə haqqı ödənilməlidir, amma burada heç bazar şəraiti də yoxdur, yığılan pullar bəs hara gedir? Biz gündəlik satışla məşğul olan deyilik, həftədə bir dəfə kənddən ağartı məhsulları-süd-qatıq və.s gətirib satırıq. Göyərti satanlar da var. Bazara girən kimi əvvəlcə bizə deyilir ki, burada satış qadağandır. Yaxşı, satış qadağandırsa, bəs necə olur, gündəlik 5-10 manatı alan kimi satışa icazə verilir. Bu məbləğ bizim üçün kifayət qədər böyük məbləğdir, nə qazanırıq ki, onun da 10 manatını “Bazarkom”a verək? Burada pulları Abdüləli adlı şəxs yığır, alıcılarla da kobud davranır. Adamı intihar həddinə çatıdırırlar. Prezident İlham Əliyev çıxışlarında deyir ki, sahibkarları incitmək olmaz, amma yerli məmurlar bizə “qan uddururlar””.
Alıcı Səfayə Xanbalayeva da deyilənləri təsdiqləyir: “Bazarda pulları Abdüləli adlı şəxs yığır. Özüm də şahidi olmuşam ki, satıcıları təhqir edir. Mən özüm müdaxilə etdim, dedim, yüksək səs tonu ilə danışma, bizi də narahat edirsən. Əvəzində məni də təhqir etdi. Mən də ona dedim ki, sənlə bağlı rayon icra icra hakimiyyətinin başçısı Sevindik Hətəmova şikayət edəcəm. Dedi, get, hara şikayət edirsən, et, “adam”ım yuxarılardadır, Sevindik Hətəmov işimə müdaxilə edə bilməz, uzun illərdir, bu bazarda pul yığıram, kim mənə nə deyə bilər ki, məni Prezident Administrasiyasından tapşırıblar. Baxın, bu adam yüksək səviyyəli dövlət qurumunun adından istifadə edərək, vətəndaşları incidir. Mümkün deyil ki, Prezident Administrasiyası belə göstəriş versin. İnanıram ki, əgər bilsələr, bunu cəzalandırarlar”.
Digər satıcılar da şikayətçi olduğunu bildirdi.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

İnterpress.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qaldirir, kim, hakimiyyet, Salyanda, eleyhine, insanlari
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ