SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bərdə DYP bölməsi inspektorunun nöqsanlı xidmət aparması - VİDEO

Bərdə DYP bölməsi inspektorunun nöqsanlı xidmət aparması - VİDEO

Tarix:

28-12-2017, 10:57

/ 3 245 dəfə oxundu.
Bərdə DYP bölməsi inspektorunun nöqsanlı xidmət aparması - VİDEO

Bu günlərdə redaksiyamıza Qarabağ Büromuzdakı əməkdaşlarımız tərəfindən təqdim edilmiş bir video çəkilişdə açıq şəkildə görünür ki, Bərdə şəhərinin mərkəzi küçələrinin birində 99 YP 543 dövlət nömrə nişanlı, Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə məxsus YPX avtomobili küçənin kəsişdiyi yerdə, piyada keçidinin zolaqları üzərində, belə demək mümkünsə yolun ortasında saxlanaraq, guya xidmət apardığı, ancaq əslində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq xidmət apararkən qanun pozuntusuna yol verdiyinin şahidi oluruq.
Belə ki, yolun hərəkət hissəsində, piyada keçid zolaqlarının üzərində dayandırılmış YPX avtomobilinin xidmət aparmasını əks etdirən heç bir qanunun tələbi tətbiq edilməyibdir. Yəni, qırmızı və ya göy sayrışan işıq siqnalından istifadə etməklə həyata keçirməli idi. Eyni zamanda həmin inspektorun xidməti avtomobili ilə orada tək xidmət aparması da diqqətimizdən yayınmadı. Bundan əlavə həmin YPX avtomobilinin hansı səbəbdən orada saxlanılması da başadüşülən deyil. Çünki əgər həmin YPX avtomobili həmin əraziyə girişin qarşısını alırdısa, hansı səbəbdən həmin istiqamətə gedən avtomobillərin qarşısını kəsmirdi? Video görüntüdən də açıq şəkildə göründüyü kimi, metal rəngli “Opel” markalı avtomobil YPX əməkdaşının gözü qarşısında işiqforun qırmızı yanmasına baxmayaraq qayda pozuntusu etməklə həmin istiqamətə doğru irəliləyir.
İnspektor nə həmin avtomobilin o əraziyə daxil olmasına etiraz edir, nə də göüzünün qarşısında işıqforun qırmızı işığında keçməklə qayda pozuntusuna yol vermiş nəqliyyat vasitəsini dayandırmır. Demək burada həmin YPX əməkdaşının başqa məqsədləri olub. Videonun sonunda həmin inspektorun yolun ortasında dayanaraq mobil telefonu ile kiminləsə şirin-şirin söhbət etməsini görürük. Buradan belə bir fikir irəli sürmək olar ki, həmin vaxt videoda görünən yol patrul xidməti inspektoru, xidməti avtomobili ilə qayda pozmaqla, orada şəxsi məqsədləri üçün olub. Çünki başqa cür düşünmək olmur.
Mövzu diqqətimizdədir, aşağıda sizlərə təqdim edəcəyimiz video sujetdə bizim üçün qaranlıq qalan bu suallara DİN və DYP rəhbərliyinin aydınlıq gətirəcəyinə ümidvarıq…

dosye.org

Şərhlər

XƏBƏR LENTİ