yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Saxtakarlıq Neftçala təhsilindən də yan keçmir...

Saxtakarlıq Neftçala təhsilindən də yan keçmir...
28-12-2017, 10:50 91 dəfə baxılıb

Etibarlı mənbələrdən verilən məlumata görə, artıq dəfələrlə qeyd olunduğu kimi bu gün ölkənin təhsil sistemində dövlət tərəfindən həyata keçirilən əsaslı islahatlar müəyyən irəliləyişlərə zəmin yaratsa da, cəmiyyətdə gözlənilən nəticələr hələ də müşahidə olunmur. Halbuki, bu istiqamətdə görülən tədbirlər artıq çoxdan Azərbaycanın təhsil sistemini ən qabaqcıl dünya standartlarına cavab verəcək səviyyəyə çıxarmalı idi. Xüsusi olaraq qeyd olunmalıdır ki, keçmiş Təhsil naziri cənab Mikayıl Cabbarovun da bu sahədə mühitin sağlamlaşdırılmasına yönəldilmiş səyləri təqdirə layiqdir. Lakin müəyyən subyektiv səbəblər bu mütərəqqi prosesləri hələ də ləngitməkdə davam edir.
Biz dəfələrlə öz yazılarımızda belə fikri vurğulamışıq ki, gənc nəslin təlim-tərbiyəsində, uşaqlarımızın gələcəkdə layiqli vətəndaş kimi cəmiyyətimizdə yer tutmalarında orta-ümumtəhsil məktəblərinin rolu çox önəmlidir və danılmazdır. Lakin təəssüflər olsun ki, bu gün bir çox orta məktəblərdə "fond pulu”, "təmir pulu”, "məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi gülünc adlar altında hələ də rüşvət yığımı davam edir. Redaksiyamlza daxil olan məlumatlara görə bu yönümdə xüsusilə seçilən tədris müəssisələrindən biri də Neftçala rayonunda fəaliyyət göstərən Tofiq İsmayılov adına Mirqurbanlı kənd tam оrta məktəbidir.
Məktəbin rəhbərliyi adi, necə deyərlər ənənəvi pul yığımlarından başqa qazanc vasitələri də əldə edir. Belə ki, məlumatı təqdim edən mənbənin sözlərinə görə, məktəbin ibtidai sinif şagirdləri üçün stabil olaraq 5 manat məbləğində aylıq (bəzən 2-3 aydanbir olur)yığım müəyyən edilmişdir. Yuxarı siniflər üçün bu məbləğ artaraq 8-10 manat təyin edilir.Direktor Həsənov İlham Baba oğlu tərəfindən məktəbin müəllim heyəti üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur.
Bundan əlavə direktor Həsənov İlham Baba oğlu dərs saatlarının təyinatı və hər ay müəllimlərin aylıq maaşlarından 10-20 manat pul yığaraq müəllimlərə bildirir ki, sizdən aldığım pulları Neftçala rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimova verirəm.Təəssüflə qeyd etmək lazımdır ki, məhz orta tədris müəssisələrində rüşvətxorluq və korrupsiya hallarının daha dərindən kök atması və daha uzun müddət tam cəzasızlıq şəraitində təzahür etməsi üçün hələ də çox əlverişli mühit mövcuddur. Bu mühit isə ilk növbədə övladlarının rifahını, onların şagird nüfuzunu səhv prizmadan qiymətləndirən valideynlərin passiv razılığı ilə formalaşdırılır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq …

Bakunews.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: de, yan, Saxtakarliq, kechmir, tehsilinden, Neftchala
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ