yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Zaur Bəylərov 1 nəfəri öldürən “Leksus”u satdı, evi də satışa qoydu - iş bağlanır...

Zaur Bəylərov 1 nəfəri öldürən “Leksus”u satdı, evi də satışa qoydu - iş bağlanır...
27-12-2017, 09:55 192 dəfə baxılıb

Dekabrın 10-da Bərdə RİH-nin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərovun 200 minlik "Leksus" markalı avtomobillə törətdiyi ağır qəzada 1 nəfərin ölməsi, 2 nəfərin yaralanması işi ört-basdır edilir
Məlumata görə, Z.Bəylərov cinayət işinin istintaqına xitam verilməsi üçün səfərbər olub.
Onun yuxarı kulislərdə əlaqələrindən istifadə etdiyi və işin bağlanması üçün dəridən-qabıqdan çıxdığı vurğulanır.
Hətta qəzada əzilən “Leksus” markalı avtomobilini 31 min manata satdığı bildirilir. Z.Bəylərov maşının nömrəsini isə ayrıca 500 manata satıb.
Həmçinin, Bakıda evini satışa qoyduğu bildirilir. Belə ki, onun bu hadisənin ört-basdır edilməsi üçün 200 min manatdan keçməsi tələb olunur.
Yuxarı dairələrdəki imkanlarından istifadə edən və yüksək çinli məmurlara çıxan Z.Bəylərov qəza məsələsinin hər nə yolla olursa-olsun bağlanması, prezidentin diqqətinə xüsusi olaraq çatdırılmaması üçün əmlaklarını satmağa hazırdır.
Onsuz da qısa müddətdə Bərdədə yığacağı rüşvətlə və icra nümayəndələrindən alacağı “haqq”la itkilərini bərpa edəcəyini bilən Z.Bəylərov üçün 200 min xərcləmək çətin deyil.
Təki məsələ prezidentə çatmasın və hadisə böyüməsin. Əks təqdirdə, məmur özbaşınalığının daha bir müəllifi kimi Z.Bəylərov vəzifəsindən azad ediləcək.
O, Z.Bəylərovdan imtina edərsə rayondakı qanunsuzluqları kimin həyata keçirəcəyi baxımdan kadr axtarmalı olacaq.
Faktiki olaraq Z.Bəylərovun qəza törətməsi və adam ölməsi faktı Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənib.
Bərdə ictimaiyyəti sual edir ki, general Novruzəli Orucovun oğlu Rüstəm avtobus şoferinə vurduğu bir silləyə görə bağışlanmadı.
Atası işdən qovuldu, özünə isə 6 il həbs cəzası verildi. Yəni, bu məmur balasının qudurğan hərəkətinə görə cəzası ağır oldu. Di gəl ki, həmin hadisədə ölüm-itim də yox idi.
Bərdə ictimaiyyəti sual edir ki, bir nəfərin öldüyü, birinin ölüm ayağında olduğu ağır qəzadan sonra Z.Bəylərov nə vəzifəsindən çıxarılıb, nə həbs edilib.
Palitika.Az-ın məlumatına görə, avtomobilini satan Z.Bəylərov evinin satılmasını da gözləyir. Şöbə müdiri qısa zaman ərzində 200 min lazımi ünvanlara çatdırmalıdır.
Bundan sonra onun məsələsini gündəmdən çıxarmaq üçün səylər göstəriləcəyi bildirilir. Z.Bəylərov qardaşı Vidadi Bəylərov kimi işindən azad olunmasını istəmir.
Vaxtilə qardaşı oğlu avtoqəzada öldürdüyü adama görə atası Tərtər RİH müavini postundan uzaqlaşdırılmışdı.
Bərdənin baş bəlası, illərdir ki barəsində fasiləsiz olaraq qalmaqallı xəbərlər yayılan, adı ən xoşagəlməz hadisələrdə hallanan, prezident İlham Əliyevin bütün sahələr üzrə tapşırıqlarına zidd fəaliyyət göstərən, əhalini, iş adamlarını narazı salan Z.Bəylərov əslində hadisənin ertəsi günü işdən qovulmalıydı.
Z.Bəylərovun Bakıdan Bərdəyə gecə - gündüz müştəri daşıyan taksi sürücüsü Elşad Quliyevin yol qəzasında həyatına son qoyarkən özünün içkili və kefli olduğu bildirilir.
Təbii ki, bu dəhşətli faciə məmur qudurğanlığının növbəti nəticəsidir. Və Z.Bəylərov geridə qalan saatlar ərzində törətdiyi ağır cinayəti ört-basdır etmək üçün ən müxtəlif vasitələrə əl atıb.
Şöbə müdiri Bərdənin icra başçısı V.İsayevin və Gəncənin meri Elmar Vəliyevin arxasında durduğunu söylədiyi iddia edilir.
O, camaat içində danışır ki, qəzada ölən taksi sürücüsü Elşad Quliyev narkoman olub. Hərgah, Z.Bəylərovun hadisə baş verən günü içkili olduğu haqda ciddi-cəhdlə, israrlı iddialar səslənməkdədir.
Mərhumun vəfatından sonra isə şöbə müdirinin qayınatası guya ölənin yaxınlarını ziyarətə getdiklərini bildiriblər. Onlara isə E.Quliyevin qohumları guya söyləyiblər ki, onsuz da narkotik aludəçisi idi və hardasa can verəcəkdi, tale elə gətirib ki, sizinlə qəzaya düşüb. Bu cəfəng fikirlərə isə Bərdə əhalisi inanmır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: neferi, Leksusu, evi, , satisha, 1, Beylerov, Zaur, olduren, qoydu, de, satdi, ish, baglanir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ