yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ağdamda baş həkim “pullu xidmət” açıb: Sakinlər səhiyyədən dad edir

Ağdamda baş həkim “pullu xidmət” açıb: Sakinlər səhiyyədən dad edir
17-02-2017, 00:04 567 dəfə baxılıb

Ağdam sakinləri səhiyyədən dad eləyir

Verilən məlumata görə, Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəxtiyar Haqverdiyev bazar qaydaları ilə iş sistemi qurub.

Baş həkimin idarəçiliyi pullu xidmətdir. Pulu olan ağdamlı müalicə ala bilər. Amma tibbi xidmətin səviyyəsinə də heç kimsə zəmanət vermir. Çarəsiz vəziyyətdə qalan ağdamlılar məcburiyyət qarşısında B.Haqverdiyevin yazılmamış qanunlarına tabe olur.

Xatırladaq ki, səhiyyə naziri Oqtay Şirəliyev 120 min tibb işçisindən hamısının vicdanla xidmət etmədiyinə məyus olmuşdu. Elə ağdamlılar da Haqverdiyevin baş həkimliyinə məyusdurlar.

Nazir qeyd edib ki, onların içərisində vəzifə borcunu vicdanla yerinə yetirməyənlərin olması sirr deyil və tam nəzarət etmək olmur. Amma Ağdam sakinləri baş həkimə tam nəzarət edirlər. Onlar bildirirlər ki, O.Haqverdiyevin “işləri” göz qabağındadır.

Baş həkim təyinatında arxasındakı dayaqlar və bəzi yüksək çinli məmurların rolu olub.

Lakin ağdamlılar baş həkimin fəaliyyətindən ciddi şəkildə narazıdır. Onun vətəndaşlara qarşı kobud, laqeyd münasibəti, xəstəxananı kənd bazarına çevirməsi, tibb bacısı-həkim-baş həkim alver şəbəkəsi təşkil etməsi rayon səhiyyəsinin keyfiyyətini reanimasiya vəziyyətinə çatdırıb.

Hətta verilən məlumatda deyilir ki, Bəxtiyar Haqverdiyev təyinat aldığı ilk gündən “ixtisar” adı altında narazılıq yaratmağa başlayıb. Belə ki, Ağdam səhiyyəsində çalışan 100-dən artıq şəxsi işdən çıxarıb.

Bildirilir ki, Ağdam rayon mərkəzi xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur.

Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir.

Mətbuatda yayılmış xəbərlərlə bağlı baş həkimin mövqeyini dinləməyə hazırıq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ